İdman 04.08.2025

Regis Le Bris müqaviləsini uzatdı

Regis Le Bris müqaviləsini uzatdı
Sunderland baş məşqçisi Regis Le Bris ilə yeni müqavilə imzaladı

Regis Le Bris "Sunderland"də qalır

İngiltərə Premyer Liqası təmsilçisi "Sunderland" komandasının baş məşqçisi Regis Le Bris ilə yeni müqavilə imzalayıb. Klub rəhbərliyi 49 yaşlı mütəxəssislə 2028-ci ilə qədər olan yeni sözləşmə barədə razılığa gəlib.

Baş məşqçinin müqavilə ilə bağlı şərhi

Fransalı baş məşqçi imza mərasimindən sonra fikirlərini bölüşüb: "Komanda, oyunçular və azarkeşlərlə qurduğum əlaqə çox səmimi oldu. Birlikdə bir çox gözəl anlar yaşadıq. Bizim ortaq bir məqsədimiz var və indi daha da güclənmək istəyirik. Qarşıdakı çətinliklərin öhdəsindən gəlmək üçün bizdə kifayət qədər enerji və niyyət görürəm. Təşkilatın hər bir üzvünün öz rolu var və biz hamımız eyni məqsədə xidmət edirik".

Sunderland Premyer Liqada

2024-cü ilin iyul ayından etibarən "Sunderland"i çalışdıran Regis Le Bris, səkkiz illik fasilədən sonra komandanı Premyer Liqaya yüksəltməyi bacarıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz