Beşiktaş, keçmiş futbolçusu Rıdvan Yılmazı yenidən heyətinə qatmaq üçün danışıqlara başlayıb. Klub rəhbərliyi, 24 yaşlı sol cinah müdafiəçisi üçün Şotlandiyanın "Rangers" klubu ilə müzakirələr aparır.
"Beşiktaş"dan transfer sürprizi
Yeni mövsüm üçün heyətini gücləndirmək istəyən "Beşiktaş", gözlənilmədən keçmiş oyunçusu Rıdvan Yılmazı gündəmə gətirib. Karyerasını "Rangers"də davam etdirən Rıdvan Yılmazın geri transferi üçün "qara qartallar" hərəkətə keçib.
Transfer üçün 4-5 milyon avro tələb olunur
"Beşiktaş"ın yetirməsi olan və daha əvvəl klubuna transfer gəliri qazandıraraq "Rangers"ə keçən Rıdvanın, yenidən "Beşiktaş"a qayıtmağa hazır olduğu bildirilir.
Şotlandiya klubunun 24 yaşlı sol bek üçün 4-5 milyon avro civarında transfer haqqı gözlədiyi deyilir. Tərəflər arasında danışıqların davam etdiyi və transferin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.
2023-cü ildə "Beşiktaş"dan 4 milyon avroya "Rangers"ə transfer olan Rıdvan Yılmaz, Şotlandiya təmsilçisinin heyətində 77 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz