Ötən gün İstanbulda keçirilən Türkiyə-İtaliya-Liviya
Əməkdaşlıq Zirvəsi təkcə Ankarada deyil, Roma və Afinada da geniş əks-səda doğurub. Xüsusilə İtaliya mediası Prezident Rəcəb Tayyib Ərdoğan, İtaliya Baş naziri Giorgia Meloni və Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybenin görüşünü manşetlərə çıxardığı halda, Yunan mətbuatı Afinanın kənarda qaldığı bu
Zirvəni “diplomatik məğlubiyyət” kimi şərh edib.
Misli Görünməmiş Görüş
İtaliyanın aparıcı qəzetlərindən “La Repubblica” və “Il Sussidiario” Meloni-Ərdoğan-Dibeybe üçlüyünün miqrasiya, enerji və təhlükəsizlik istiqamətində dərinləşən
Əməkdaşlıqlarına diqqət çəkərək,
Zirvəni “misli görünməmiş” adlandırıblar. “Il Foglio” isə Türkiyənin Liviyadakı təsirinin qanunsuz miqrasiya ilə mübarizədə İtaliya üçün “əvəzolunmaz” hala gəldiyini vurğulayıb.
İtaliyanın Hədəfi: Mattei Planı
Roma mərkəzli təhlillərdə, Türkiyənin 2019-cu ildə Liviya ilə imzaladığı müstəsna iqtisadi zona (MİZ) müqaviləsi yenidən gündəmə gətirilib. Bu müqavilənin EastMed təbii qaz layihəsini tarazlamaq üçün hazırlandığını xatırladan İtalyan şərhçilər, “Meloni hökuməti indi bu enerji ortaqlığına daxil olmaq istəyir” dəyərləndirməsini veriblər. İtaliyanın hədəfi həm Mattei Planını həyata keçirmək, həm də Liviya üzərindən enerji resurslarına çıxışda Türkiyə ilə birlikdə hərəkət etməkdir.
Miqrasiya Dosyası Öncəlikli
Bununla yanaşı, İtaliya mətbuatı miqrasiya məsələsinin
Zirvədəki əsas mövzulardan biri olduğunu qeyd edib.
Zirvədən cəmi bir neçə gün əvvəl Tunisə gedən Meloninin İstanbulda bu gündəmi Ərdoğanla ətraflı müzakirə etdiyi bildirilib. Türkiyənin Liviyadakı hərbi və diplomatik gücü sayəsində qanunsuz miqrasiya yollarını nəzarət etmə qabiliyyətinin Romanın Ankara ilə sıx təmasını zəruri etdiyi vurğulanıb.
Yunanıstan: Kənardan Seyr Etdik
Digər tərəfdən, üçlü
Zirvə Yunanıstanda müxalifətin sərt tənqidlərinə səbəb olub. Radikal Sol İttifaq (SYRIZA)
Zirvəni “Yunanıstan hökuməti üçün beynəlxalq aləmdə uğursuzluq” kimi qiymətləndirib. Açıqlamada, “Miçotakisin apardığı xarici siyasət Yunanıstanı regionda tək qoyub; Türkiyə isə artıq həlledici qüvvə mövqeyindədir” ifadələri yer alıb.
Meloni Yunanıstana Arxa Çevirdi
“Kathimerini” qəzeti Türkiyə və İtaliyanın
Əməkdaşlıqlarına diqqət çəkərkən, “Naftemporiki” “Meloni, Yunanıstana arxa çevirdi” başlığını istifadə edib. Qəzet Afinanın
Zirvəyə dəvət edilməməsini diqqətəlayiq hesab edərək qeyd edib: “Ərdoğan, Meloni hökumətinə getdikcə daha çox yaxınlaşır. İstanbuldakı görüş, Liviya Baş nazirinin iştirakından daha çoxunu ifadə edir.”
Ankara Artıq Oyunqurucudur
Həm İtalyan, həm də Yunan mediasında önə çıxan şərhlərə görə, Türkiyə artıq təkcə Liviyada deyil, bütün
Aralıq dənizində yeni bir tənlik qurur. Yunan qəzeti “Liberal” “Ərdoğan, güclənən müdafiə sənayesi ilə müsəlman dünyasında liderliyini möhkəmləndirir” ifadəsinə yer verərkən, İtalyan analistlər isə Ankaranın enerji diplomatiyasında artıq “oyunqurucu” bir rola sahib olduğunu bildiriblər.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz