İngiltərə hava limanları qəfil iflic vəziyyətinə düşüb. On minlərlə sərnişin hava limanlarında köməksiz qalıb. Rəsmilərin bildirdiyinə görə, "bütün uçuşlar radar sistemində yaranan texniki problem səbəbindən müvəqqəti olaraq dayandırılıb."
Bu hadisə, bu həftə Rusiyada baş verən oxşar bir vəziyyəti xatırlatdı. Rusiyanın ən böyük aviaşirkətlərindən biri olan "Aeroflot" siber hücum nəticəsində fəaliyyətini dayandırmış və yüz minlərlə rusiyalı sərnişin hava limanlarında sıxışıb qalmışdı.
SİBER HÜCUM EHTİMALI GÜCLƏNİR
Tətilə yola düşən minlərlə ingilis sərnişin hava limanlarında saatlarla gözləmək məcburiyyətində qalıb. Rəsmilərin sözlərinə görə, problem Sauthemptondakı NATS hava hərəkətinə nəzarət mərkəzində yaşanıb.
Çox sayda uçuşa hazır təyyarə uçuş zolağında qalıb. Hava hərəkətinə nəzarət xidməti göstərən NATS qurumu, hadisənin xarici bir hücum və ya siber hücum nəticəsində baş verməsi ehtimalını vurğulayıb.
Rusiyada siber hücum səbəbindən hava limanlarının fəaliyyətinin dayanmasından dərhal sonra baş verən bu hadisə, böyük xaos yaradıb.
SƏRNİŞİNLƏRİN NARAHATLIĞI HƏDİ KƏMİ KECİR
Rəsmilər, problemin radar sistemindən qaynaqlandığını və sürətlə ehtiyat sistemə keçirilərək aradan qaldırıldığını bildiriblər. Lakin sistem tamamilə bərpa olunduğu zaman minlərlə sərnişin artıq beş saata qədər gecikmələrlə üzləşmişdi.
İngiltərəyə gələn və ya buradan uçması planlaşdırılan 150-dən çox uçuş ləğv edildi. Aylar əvvəl plan quran tətilçilər uçuşların ləğv edilməsi səbəbindən ciddi zərər çəkdilər. Bəziləri yaxınlarının toyuna çata bilməmək qorxusu ilə hava limanlarında qaldılar.
İSTİFA ÇAĞIRIŞLARI BAŞLADI
"Ryanair"in əməliyyat direktoru, yaranmış böhranın ardından hava hərəkətinə nəzarət şirkətinin rəhbəri Martin Rolfun istefa verməsi ilə bağlı çağırış edib.
2023-cü ilin avqustunda baş verən oxşar nasazlıq səbəbindən 700 mindən çox sərnişin təsirlənmiş, 500-dən artıq uçuş ləğv edilmişdi. Həmin dövrdə, evdən işləyən bir mühəndisin müdaxilə edə bilməməsi ucbatından böhran saatlarla davam etmişdi. Bu ilin mart ayında isə bir transformator mərkəzində baş verən yanğın Hitrou hava hərəkətinə nəzarət qülləsinin bağlanmasına səbəb olmuş, 270 mindən çox sərnişinin planı pozulmuşdu.
İndi isə bəzi sərnişinlər gecəni hava limanlarında keçirmək və ya yüksək otel xərclərini ödəmək məcburiyyətindədirlər.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz