Gündəm 01.08.2025

Rusiya hücumundan sonra Tramp qəzəbləndi

Rusiya hücumundan sonra Tramp qəzəbləndi

Ukraynanın paytaxtı Kiyev cümə axşamı səhər saatlarında baş verən genişmiqyaslı Rusiya hücumundan sonra yaralarını sağaltmağa çalışır. Raketlərlə və yüzlərlə pilotsuz uçuş aparatı ilə həyata keçirilən bombardman nəticəsində həlak olanların sayı 28-ə yüksəlib. Dağıntılar altından iki yaşlı uşağın cansız bədəni tapıldıqdan sonra ölənlər arasında uşaqların sayı üçə çatıb. Həlak olanların hamısı mülki şəxslərdir. Paytaxtda 150-dən çox insan xəsarət alıb ki, onların da ən azı 16-sı uşaqdır.

RUSİYANIN HÜCUMLARINA TRAMPDAN SƏRT TƏPƏ

ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada Rusiyanın hücumlarını "iyrənc" adlandırıb. Tramp, "Rusiyanın etdikləri iyrəncdir. Mən onların etdiklərini iyrənc hesab edirəm" deyə vurğulayıb. O, xüsusi nümayəndəsi Uitkoffu Moskvaya göndərəcəyini də qeyd edib.

Prezident Tramp Rusiya dövlət başçısı Vladimir Putinə avqustun 8-dək vaxt verdiyini açıqlayıb. O, "Ya bir uzlaşma əldə olunacaq, ya da iqtisadi təzyiqə məruz qalacaqlar" deyib. Lakin Tramp, tətbiq ediləcək yeni sanksiyaların Moskvaya təsir edib-etməyəcəyindən əmin olmadığını bildirib.

XİLAS ETMƏ ƏMƏLİYYATLARI DAVAM EDİR

Bu arada, Kiyevdə xilasetmə briqadaları hələ də dağıntılar arasında işlərini davam etdirir. Şəhər rəsmiləri cümə gününü matəm günü elan edib. Ukrayna Baş nazirinin müavini Yuliya Sviridenko deyib: "Bu səhər iki yaşlı uşağın cansız bədəni dağıntılardan çıxarıldı. Həlak olanların sayı 28-ə çatdı. Onlardan üçü uşaqdır. 150-dən çox insan xəsarət alıb."

Baş nazirin müavini beynəlxalq ictimaiyyətə müraciət edərək, "Dünya Rusiyanı mühakimə etmək üçün bütün vasitələrə malikdir. Çatışmayan güc deyil, iradədir" deyib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz