Gündəm 01.09.2025

Şəmşad Ağa: "Hakimə dedim ki, mən İlham Əliyevin məhbusuyam"

Şəmşad Ağa: "Hakimə dedim ki, mən İlham Əliyevin məhbusuyam"

“Hakim üzümə “cinayətkarsan” deyirdi. Ona “dayan, sözümü kəsmə, mən sənin yox, İlham Əliyevin məhbusuyam” dedim. Cənab hakim, “vicdanınızın səsinə qulaq asın” demirəm, olsa, ananı baladan ayırmazdınız. Get, övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün…” dedim, əsəbləşmişdi”

“Meydan TV işi” üzrə həbs olunan jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın “Mən necə siyasi məhbus oldum?” adlı yazısının üçüncü hissəsi yayımlanıb.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistin yaxınlarının yaydığı məktubun sonuncu hissəsini olduğu kimi dərc edirik:

 “Üçüncü dəfə israr edəndə Şəhla zəngə oyandı və saxlanıldığımı eşidib şok oldu: “Bu vaxt? Gəlirəm”, - dedi.

Gözlədik. Şəhla içəri girəndə öncə məni qucaqladı, “narahat olma” dedi. Hadisəni qısaca olaraq ona danışdım. Sonra ifadə başlandı və mənə aid olmayan suallara cavab verməkdən imtina etdim. Həm özümün, həm də “meydançı”ların, “toplumçu”ların və “abzasçı”ların həbsinin siyasi sifariş və azad sözün qətli kimi ifadəmə qeyd etdim.

İfadə bitdikdən sonra Şəhla getdi, məni də Xətaidəki MSY-yə apardılar. Bir saat orada gözlətdikdən sonra qeydiyyata alıb bir kameraya yerləşdirdilər. Kamerada dözülməz soyuq var idi. Yata bilmədim və gəzişdim. Peşman idimmi? Qəti! Özüm seçdiyim bir taleyin sınağı ilə üz-üzə idim.

Müstəntiq çox güman evində idi. Uşaqlarının saçını sığallayıb onların gələcəyi ilə bağlı xəyallar qururdu. Mənimsə haqqımda qızım düşünürdü, zalımın zülmünə məruz qalan atasının harada olduğunu əmisindən sorğulayırmış. Amma mənim qızım bu olanları daha qürurla xatırlayacaq, çünki onun atası günahsız birini şərləyib və ya onun haqqında verilmiş şər qərarı icra edib evinə getməmişdi…

Yeri gəlmişkən, mən ifadə verərkən müstəntiqin “budilnik”i çaldı: Azan səsi öz möhtəşəmliyi ilə otaqda əks-səda verdi. Dedim ki, namaz qılırsan? Sübh namazının vaxtı idi. İnkar etdi. Soruşdum ki, heç olmazsa səsi tanıdın? Susdu. “Allahın səsidir” dedim. Şəhla ilə bir-birimizə baxdıq. Bəli, o, Allahın səsi, bəlkə, etirazı, bəlkə də, situasiyaya uyğun çağırışı idi…

Səhəri MSY-də açdım. Polis qapını döyüb əlində zənbillə içəri girdi: “Sənə evdən yemək gətiriblər” dedi və getdi. Həmin gün başqa bir polis “Sən siyasi məhbussan” demişdi. Gülmüş və “Bu, ilk rəsmi etirafdır” demişdim. Bir gün sonra səhər qapı döyüldü. “Dostun dərman gətirib”, - dedi.

Məhkəməyə çıxarıldığım gün qardaşım gəlib yemək və siqaret gətirmişdi. Yeyə bilmədim, mənimlə eyni otağa salınmış bir gəncəliyə verdim. Kimsəsiz idi. Bakıda usta işləyirmiş. Gəncəyə raket atılanda evinə düşmüş, sonradan bərpa olunmayıbmış. Yanına da kimsənin gələcəyini gözləmirdi, həyat yoldaşı 4 körpə uşağı ilə Gəncədə kirayə qalırmış. Narkotiklə şərləndiyini dedi:

“Ağali, işdən qayıdanda tutub 1 qram qoydular”, - hər halda belə dedi.

1 saat sonra təkrar çağırdılar ki, vəkilin gəlib. Dəhlizə çıxıb Şəhlanı gördüm. Yanına gedərkən yan otaqda Şahnazı gördüm. Məndən sonra o da saxlanılıbmış. Salamlaşdım, bilmədim nə deyim, əlimi minarə kimi qaldıraraq “Möhkəm ol” dedim. Açığı, pis oldum, amma həmin anda Şahnaza dəstək verməkdən başqa heç nə edə bilməzdim.

Məhkəməyə də eyni maşında getdik. Söhbətləşdik, körpələrinə görə narahat idi. Ona görə də yolda xeyli zarafatlaşıb əhvalını açmağa çalışdım. İnsafən, bizi aparan polis qadınlar da mane olmadılar söhbətimizə. Sonra məhkəməyə çıxarıldıq. Binaya girəndə çöldəki dostların dəstəyi də qürurverici idi. Şahnazın məhkəməsi tez bitdi. Məndə isə bir az uzun çəkdi. Hakim, prokuror və müstəntiq gətirdiyim arqumentlərə əsaslı cavab verə bilmirdilər. Arada hakimi cırnatmaq üçün dedim: “Bilirsiniz niyə zəifsiniz? Çünki mən “Arqument”in rəhbəriyəm”.

İttihamı müdafiə edən müstəntiqdən xoşum gəlməsə də, insafən, proses ərzində özünü hakimdən abırlı apardı. Hakim üzümə “cinayətkarsan” deyirdi. Ona “dayan, sözümü kəsmə, mən sənin yox, İlham Əliyevin məhbusuyam” dedim. Cənab hakim, “vicdanınızın səsinə qulaq asın” demirəm, olsa, ananı baladan ayırmazdınız. Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün…” dedim, əsəbləşmişdi.

Daha sonra “voronok”a minib Kürdəxanıya (Bakı İstintaq Təcridxanası) yola düşəndə özümdən asılı olmayaraq Ahmet Kayanın

“Belki yaslanırdın bana-bana,

Mahbusda duvar olsaydım-olsaydım”

mahnısını oxumağa başladım. 

Möhkəm olun, dostlar. Mahbusda duvaram!

Bizim “Kürdəxanı”dan

Sizin Şəmşad Ağa

08.02.2025”

Oxucu Şərhləri

Samir Teymurov
03.09.2025 08:08
Şəmşad Ağanın düşüncələri ilə razıyam. "Mən İlham Əliyevin məhbusuyam" ifadəsi, məsələni bir fərdə yönəltmək kimi görünür, halbuki problem daha dərin sistemik məsələlərdən qaynaqlanır. Bu cür halların təkcə bir şəxsə və ya ölkəyə bağlamaq, həll yolunu tapmaqda çətinlik yarada bilər.
Əhməd Əliyev
01.09.2025 10:23
Şəmşad Ağanın "mən İlham Əliyevin məhbusuyam" deməsini başa düşmək çətindir. Bu cür bir ifadə, əslində, hüquqi sistemin prinsiplərinə ziddir. Bir vətəndaş qanun qarşısında bərabərdir və kiminsə "məhbusu" deyil, qanunun məhbusudur. Jurnalistin bu sözlərlə nəyi ifadə etmək istədiyini anlamaq çətindir, lakin bu cür bir yanaşma, məsələyə daha dərin baxış tələb edir.
Aytən Rzayeva
01.09.2025 10:18
Şəmşad Ağanın bu yazısı, həqiqətən də düşündürücüdür. Lakin, "mən İlham Əliyevin məhbusuyam" ifadəsi, problemin kökünü şəxsləşdirmək kimi gəlir. Bu cür hallar, sistemin özündən qaynaqlanır və bir fərdə bağlamaq, məsələnin əsl mahiyyətindən yayınmağa səbəb ola bilər. Qlobal miqyasda da bu cür məsələlər mövcuddur və sadəcə bir ölkəyə və ya bir şəxsə həvalə etmək, həll yolunu tapmaqda çətinlik yaradır.
Vüsal Elnarli
01.09.2025 08:23
Şəmşad Ağa, elə bir müraciət eləyib ki, adamın ağlı çaşır. Hakimə deyir ki, "Mən sənin yox, İlham Əliyevin məhbusuyam." Bu doğrudan da ədəbiyyatdır, yoxsa nə? Yəqin ki, Şəmşad Ağa özünü çox böyük bir obrazda görür, axı necə olur ki, hakim cinayətkar desin, o da desin ki, yox, mən filankəsin məhbusuyam? Bu, doğrudan da güclü bir replikadır, amma elə mövzu da özü qədər güclüdür.
Könül Quliyeva
01.09.2025 08:18
Şəmşad Ağanın bu cəsarətli etirafı, dövlət idarələrindəki insan amilinin və fərdi məsuliyyətin nə qədər mühüm olduğunu bir daha göstərir. Hakimə ünvanlanan "Mən sənin yox, İlham Əliyevin məhbusuyam" sözləri, sadəcə bir fərdin deyil, eyni zamanda bir sistemin, bu sistemdəki fəaliyyətin və bu fəaliyyətin doğurduğu nəticələrin də bir təcəssümüdür. Bu cür sitatlar, yalnız bu hadisənin özündə deyil, ümumilikdə ölkədə hüquq və ədalət anlayışının necə formalaşdığına dair dərin düşüncələr oyadır. Şəmşad Ağanın öz qızının gələcəyi ilə bağlı xəyallarından bəhs etməsi, eyni zamanda bu cür şəraitdə övlad böyütməyin nə qədər çətin olduğunu da vurğulayır. Bu məktub, yalnız bir jurnalistin deyil, həm də bu cür hadisələri yaşayan hər bir fərdin vicdanına ünvanlanmış bir çağırışdır.
Fəridə Ramizova
01.09.2025 08:03
Şəmşad Ağanın bu ifadəsi düşündürücüdür, lakin mən bu fikirlə razılaşmıram. Hakimə belə demək, problemin kökünü həll etməz, yalnız vəziyyəti daha da gərginləşdirə bilər. Əslində, bu cür situatsiyalarda daha strategik yanaşmaq və hüquqi çərçivədə hərəkət etmək daha məqsədəuyğundur. Şəxsi emosiyalardan qaçıb, dəlillərə və hüquqi prosedurlara fokuslanmaq daha effektiv nəticə verə bilər.
Şəbnəm Ziyadli
01.09.2025 07:58
Şəmşad Ağanın bu sözləri, cəmiyyətdə hər zaman müzakirə mövzusu olan ədalət və hakimiyyət məsələlərinə bir daha işıq salır. "Mən İlham Əliyevin məhbusuyam" ifadəsi, konkret şəxsi deyil, bütövlükdə sistemin təsirini vurğulayır. Hakimə söylədiyi sözlər isə, hüquq sistemindəki vicdan və qanunun tələbləri arasındakı gərginliyi göstərir. Bu cür açıqlamalar, cəmiyyətin həssas məqamlarına toxunur və düşünməyə vadar edir.
Nəsrin Nurlu
01.09.2025 07:53
Şəmşad Ağanın yaşadığı çətin anları və bu şəraitdə belə öz prinsipindən dönməməsini ifadə etdiyi məktub, həqiqətin və ədalətin hər cür təzyiqə qarşı gücünü göstərir. Onun hakimlə olan dialoqundakı o cəsarətli sözlər, düşündürücüdür. Belə bir mövzuda səmimi düşüncələrini bizimlə paylaşdığı üçün təşəkkürlər.
Rəşad Orxanli
01.09.2025 07:48
Şəmşad Ağanın başına gələnlər təəssüf doğurur. Lakin, bu cür "məhbusluq" anlayışı məni tam qane etmir. Hakim qarşısında "mən İlham Əliyevin məhbusuyam" deməklə nəyə nail olmaq istəyir? Bu, bir növ təslimiyyət deyilmi? Əslində, onun müstəntiqə dediyi "vicdanınızın səsinə qulaq asın" sözləri daha böyük məna kəsb edir. Məncə, əsl mübarizə sözlə deyil, əməllə aparılmalı, hüquqi müstəvidə özünü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edilməlidir. Öz taleyini seçdiyini söyləyir, amma bu seçim nə dərəcədə strateji idi? Məncə, belə vəziyyətlərdə daha güclü və təsirli mövqe sərgiləmək mümkündür.

Şərh Yaz