"Liverpul"dan möhtəşəm qələbə, Salahın göz yaşları
İngiltərə Premyer Liqasının son çempionu "Liverpul" yeni mövsümə evdə "Bornmut" ilə qarşılaşaraq başladı. Maraqlı və gərgin keçən oyunda "qırmızılar" rəqibini 4-2 hesabı ilə məğlub etməyi bacardı.
Matçın ən yadda qalan anı Məhəmməd Salahın qol sevincindən sonra göz yaşlarını saxlaya bilməməsi oldu.
Dioqo Jotanın xatirəsi anıldı
"Liverpul" 37-ci dəqiqədə Ekitikenin qolu ilə ilk hissəni 1-0 öndə tamamladı. İkinci hissədə, 49-cu dəqiqədə Qakpo fərqi artırdı. Lakin qonaq komanda "Bornmut" 64 və 76-cı dəqiqələrdə Semenyonun qolları ilə hesabı bərabərləşdirdi. "Liverpul" 88-ci dəqiqədə Kyeza və 90+4-cü dəqiqədə Məhəmməd Salahın qolları ilə 4-2 hesablı üstünlüyü ələ keçirdi və matç bu hesabla başa çatdı.
Salahın vurduğu qoldan sonra oyunun son fit səsi çalındı. Bu zaman "Liverpul" azarkeşləri ötən ay yol qəzasında həyatını itirən futbolçuları Dioqo Jotanın xatirəsini yad etməyə başladılar. Tribundan gələn səsləri eşidən misirli futbolçu Salah göz yaşlarını saxlaya bilmədi. Salah meydanın ortasında komanda yoldaşı üçün hönkür-hönkür ağladı.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz