Samid Hüseynovdan xəbər yoxdur: 15 günlük həbsdən sonra müəmmalı itkinlik
Dini fəal Samid Hüseynovun ailəsi ciddi narahatlıq içindədir. İnzibati qaydada aldığı 15 günlük həbs müddəti bitməsinə baxmayaraq, artıq iki gündür ki, fəaldan heç bir xəbər almaq mümkün olmur.

Yaxınlarının bildirdiyinə görə, cəza müddəti başa çatsa da, Samid Hüseynov evə qayıtmayıb. Rəsmi qurumlar isə onun harada saxlanıldığı barədə hələlik heç bir məlumat təqdim etməyiblər.
Ailə üzvləri fəalın aqibəti ilə bağlı təşviş içindədir və aidiyyəti dövlət orqanlarından vəziyyətə aydınlıq gətirilməsini tələb edirlər. Hüquq müdafiəçiləri də baş verən hadisəni yaxından izlədiklərini bəyan ediblər.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından hələlik rəsmi bir açıqlama gəlməyib. İctimaiyyət Samid Hüseynovun harada olması və ona qarşı hər hansı yeni təzyiqin tətbiq edilib-edilməməsi ilə bağlı xəbərləri gözləyir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz