İdman 28.09.2025

Samsunspor hakimlərdən narazıdır

Samsunspor hakimlərdən narazıdır
Trendyol Süper Liqanın 7-ci turunda Qaziantep FK öz meydanında Samsunsporu qəbul edib. Qaziantep Böyükşəhər Stadionunda oynanılan qarşılaşma 2-2 hesabı ilə başa çatıb. Samsunsporda Cherif Ndiaye, 37-ci və 45+5-ci dəqiqələrdə gördüyü sarı vərəqələrdən sonra qırmızı vərəqə alaraq oyun xaricində qalıb. Bu kartla birlikdə Ndiaye, Süper Liqanın 8-ci turunda Samsunsporun Fənərbaxça ilə oynayacağı kritik qarşılaşmada forma geyə bilməyəcək.

"İki xalımız oğurlandı"

Oyunun sonunda Samsunspor tərəfindən hakim Batuhan Kolaka böyük etiraz var idi. Baş məşqçi Thomas Reis verdiyi açıqlamada bu ifadələri işlədib: “Mövsümün əvvəlindən bəri, hətta vəzifəyə gəldiyim ilk gündən bu yana oynadığımız ən yaxşı ilk yarılardan birini ortaya qoyduq. Hətta bəlkə də ən yaxşısını oynadıq. Oyunun nəzarəti tamamilə bizdə idi. Təbii ki, bizlər də çətin günlər keçirə bilirik. Ancaq bu gün, meydanda çox çətin bir gün keçirən bir hakim var idi. Vermiş olduğu qərarlarla çox pis bir performans göstərdi.”

“Yediyimiz ilk qolda Zekinin mövqeyində faul olduğunu düşünürəm. Sonrasında isə qırmızı vərəqə qərarı gəldi. O mövqedə öncə topa müdaxilə edən oyunçu bizim futbolçumuz idi. Nə yazıq ki, bu qərar qırmızı vərəqə ilə nəticələndi və oyunun axarını dəyişdirdi. Bu gün qətiyyən bizim iki xalımız oğurlandı deyə bilərəm”.

Samsunspor prezidentindən böyük etiraz

Samsunspor prezidenti Yüksəl Yıldırım da HtSpor-a verdiyi açıqlamada, "Gərəksiz yerə 50 dəqiqə 10 nəfər oynadıq. Fənərbaxça ilə oyun oynayacağıq, forvardımız yoxdur. MHK prezidentinə deyirəm: Yetər artıq! Hakimlərin əlində rəzil oluruq. Rəsmən Fənərbaxça oyununu uduzaq deyə edirlər!" dedi.

'Yaşadığım ən qara gecə'

Samsunsporun kapitanı Zeki Yavru da qərarlarını sərt sözlərlə tənqid edib. Yavru: “Təxminən 15 illik yüksək səviyyəli futbol karyeramda yaşadığım ən qara gecə… Bəlkə də öz futbol karyeram adına sözlərimi düzənləyib seçməyə çalışıram. Kimsəyə haqsızlıq, hörmətsizlik etmədən danışmaq istəyirəm. Əvvəlcə bütün ölkəmizdən, idman camiasından üzr diləyirəm bu mövzuyla əlaqədar məşğul etdiyim üçün. Peyğəmbər Əfəndimizin gözəl bir hədisi var: ‘Canı yanan, səbr etsin. Can yakan da yanacağı günü gözləsin.’ Biz o günü gözləyəcəyik, görəcəyik”. dedi.

24 saat

Oxucu Şərhləri

Elnur Ramizov
28.09.2025 12:43
Samsunsporun bu mövsümdə hakimlərlə bağlı yaşadığı problemlər, həqiqətən də diqqət çəkicidir. Həm baş məşqçi, həm də prezidentin sərt açıqlamaları, məlum matçda baş verənlərin yalnız bir nəticə olduğunu göstərir. Əsas sual burasındadır ki, bu cür qərarların təkrarlanması, Samsunsporun mövsüm boyunca performansına necə təsir edəcək? Xüsusilə Fənərbaxça ilə qarşılaşmada Ndiayenin iştirak etməyəcəyi, oyunun taleyini dəyişə bilərmi? Bu cür halların davam etməsi, liqanın bütövlüyü və ədaləti baxımından da narahatlıq doğurur.
Nihat Elnarli
28.09.2025 12:38
Məqaləni oxudum və Samsunsporun hakimlər tərəfindən narazılığının əsaslı olduğunu düşünürəm. Həm baş məşqçinin, həm də prezidentin açıqlamaları göstərir ki, oyunda ciddi səhvlər baş verib. Cherif Ndiaye-nin aldığı iki sarı vərəqənin məntiqsizliyi və bununla da Samsunsporun ən vacib oyunlarından birində əsas oyunçusundan məhrum qalması qəbuledilməzdir. Bu cür qərarlar, futbolun ədalət prinsipinə xələl gətirir. Fənərbaxça ilə keçiriləcək oyun ərəfəsində belə bir durum Samsunspor üçün böyük əngəl yaradır. Ümid edək ki, gələcəkdə hakimlər daha diqqətli və ədalətli olarlar.

Şərh Yaz