İdman 28.06.2025

Sancho Fenerbahçəyə "hə" dedi Bir şərti var

Sancho Fenerbahçəyə "hə" dedi Bir şərti var

SANÇO QƏRAR ASTANASINDA

Fenerbahçenin heyətinə qatmaq üçün böyük səy göstərdiyi adlardan biri olan Ceydon Sanço qərar anına yaxınlaşır.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim futbolçuya uzunmüddətli planlarının bir hissəsi olmadığını açıqlayıb. Bu açıqlama, Sançonun klubdan ayrılma ehtimalını daha da gücləndirir.

ÇEMPİONLAR LİQASI ŞƏRTİ VƏ RƏQİBLƏR

Məlumata görə, "Mançester Yunayted" Antoni və Markus Reşfordla yanaşı ingilis vingeri də satmaq niyyətindədir. O, üçün bir çox klub təklif irəli sürsə də, maliyyə baxımından ən cəlbedici təklif Fenerbahçedən gəlib.

Lakin ulduz futbolçunun transfer üçün yeganə şərti, sarı-lacivərdlilərin Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmasıdır. Xəbərin təfərrüatlarında qeyd olunur ki, İstanbul təmsilçisi Çempionlar Liqası biletini əldə etsə, o, təklifə yenidən baxa biləcəyini bildirib.

"Napoli", "Yuventus", "Borussiya Dortmund", "Milan" və "Aston Villa" kimi klubların futbolçuya marağı olsa da, illik 10 milyon funt-sterlinq maaş tələbini sarı-lacivərdlilərdən başqa qarşılamağa hazır bir komanda tapılmayıb. Xəbərə əsasən, Joze Mourinyonun komandaya qatılacağına demək olar ki, əmin olduğu ulduz futbolçu bu müddətdə gələn təklifləri dinləməyə davam edəcək.

24 saat