Seda Sayanın Şəxsi Həyatı və Karyerası
Əsl adı Aysel Gürsaçer olan məşhur sima illərdir müğənni və aparıcı kimi fəaliyyət göstərir. O, verdiyi açıqlamalar, estetik əməliyyatları və evlilikləri ilə tez-tez adından söz etdirir. Tam yeddi dəfə nikah masasına oturan müğənni, son olaraq 2022-ci ildə özündən 25 yaş kiçik musiqiçi Çağlar Ökten ilə ailə quraraq bu evliliyin son dayanacaq olduğunu bildirmişdi.
Canlı Yayımda Maraqlı Etiraf: Səhər Rutini və Qidalanma Vərdişləri
Məşhur sənətçi bu dəfə aparıcılığını etdiyi proqramda səhər rutini ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Bu həftəki qonağı
aktyor Enis Arıkan idi. Arıkan efirdə "Evimin arxa küçəsində idmana yazıldım. Bir ildir ilk dəfədir ki, nizamlı şəkildə gedirəm. Kardio və s. edirəm, məşqçi ilə çalışıram. Amma yeməyə o qədər düşkünəm ki, bir həftədə 5 kilo ala bilirəm. Əsəblərimi çox pozur" deyib.
Bu sözlərin ardınca öz gündəlik qidalanma vərdişlərini bölüşüb. Sayan, günə bir çay qaşığı çörək otu yağı, ananas sirkəli su və sadə qəhvə ilə başladığını, proqramdan əvvəl isə yalnız iki ədəd duzlu peçenye yediyini qeyd edib.
Bunun ardınca Enis Arıkan reaksiyasını gizlədə bilməyərək "Bunlar yemək deyil" deyə cavab verib. Sənətçi isə
qidalanma vərdişləri ilə bağlı danışmağa davam edərək, "Biz plov yeyəcəyiksə, yanına başqa bir şey qoymarıq. Tutaq ki, badımcan yeməyi hazırladın, yanına plov yemə də qardaşım" deyib. Arıkanın bu sözlərə cavabı isə "Plovsuz badımcanmı olar bacım?" olub.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz