"MasterChef Türkiyə"də gərgin anlar: Çağatay studiyadan qovuldu
Ötən həftə İrəmin yarışmadan kənarlaşdırılmasından sonra komandalar və kapitanlar yenidən təyin edildi. Bu dəyişikliklərlə Mavi komandanın kapitanı olan Çağatay ilə tanınmış aşpaz Mehmet Şəf arasında ciddi mübahisə yaşandı. Tanıtım çarxındakı görüntülər studiyada gərginliyin pik həddə çatdığını nümayiş etdirdi.
Çağatayın istehzalı sözləri mübahisəyə səbəb oldu
Hadisənin fitilini alovlandıran əsas amil Çağatayın komanda yoldaşlarına ünvanladığı istehzalı sözlər oldu. Yarışmada yuxarı pillələrdə yer alan iştirakçılara “Mənim dükanım var, siz düşünün” deyərək lağ edən Çağatay, Mehmet Şəfin kəskin etirazına tuş gəldi. Mehmet Şəf daha əvvəl də oxşar davranışlarına görə xəbərdarlıq etdiyi iştirakçıya bu dəfə daha sərt reaksiya verdi.
“Çağatay, sus!” deyə qışqıran Mehmet Şəf, sözlərini belə davam etdirdi: “Bax, səni keçən də xəbərdar etdim. Ağzını-üzünü oynatma, çölə çıx. Bəsdir artıq!”
Studiyada böyük böhranın qarşısı alındı
Bu sözlərdən sonra studiyada vəziyyət daha da gərginləşdi. Mehmet Şəfin Çağatayı studiyadan qovması hadisələrin miqyasını böyütdü. Lakin Çağatay çölə çıxmaq əvəzinə qəzəbini cilovlaya bilməyərək birbaşa Mehmet Şəfin üzərinə yeridi.
Bu gərgin anlarda digər yarışma iştirakçıları araya girərək onu sakitləşdirməyə çalışdılar. Mümkün fiziki təmas baş vermədən vaxtında müdaxilə edən iştirakçılar, böyük bir böhranın astanasından dönülməsini təmin etdilər.
MasterChef Türkiyənin bu həftəki buraxılışı, yayımlanmadan əvvəl belə sosial şəbəkələrdə geniş əks-səda doğurdu. Tamaşaçılar tanıtım çarxındakı bu anlardan sonra “Çağatay diskvalifikasiya olunacaqmı?” sualını verməyə başladılar.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz