Şou 05.08.2025

Şener Şendən Alzheimer iddiasına təkzib

Şener Şendən Alzheimer iddiasına təkzib

Şener Şen haqqında yayılan iddialar

Duyurduğu ölüm və xəstəlik xəbərləri ilə magazin aləmində "fəlakət carçısı" ləqəbi qazanan Onur Akay, tanınmış aktyor Şener Şen'in Alzheimer xəstəliyinə tutulduğunu iddia etdi. Usta sənətçi haqqında yayılan bu xəbər sosial mediada geniş müzakirələrə səbəb oldu və tezliklə aktyordan öz cavabı gəldi.

"Sağlamlığım yaxşıdır" - Aktyordan açıqlama

Mənbələrdən verilən məlumata görə, tanınmış sənətçi, haqqında yayılan Alzheimer iddialarına cavab olaraq "Sağlamlığım tamamilə yerindədir və zaman-zaman ortaya çıxan bu cür xəbərlər olduqca əsassızdır. Ürəyimə yatan bir ssenari ilə qarşılaşdığım anda yenidən tamaşaçılarımın qarşısına çıxacağam" deyib. Qeyd edək ki, Şener Şen səkkiz il ərzində Türkiyə və Avropanın müxtəlif şəhərlərində böyük uğurla səhnələşdirdiyi "Zəngin Mətbəxi" adlı tamaşasını sonuncu dəfə 10 iyun tarixində Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında nümayiş etdirmişdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz