Səsi və gözəlliyi ilə Türkiyənin ən çox sevilən
müğənnilərindən olan
Sibel Can bu dəfə qızı Melisa Ural səbəbindən medianın diqqət mərkəzinə düşüb. Melisa Uralın sosial şəbəkə hesabında etdiyi son paylaşım izləyicilər arasında böyük rezonans doğurub və qısa müddətdə geniş müzakirələrə səbəb olub.
MELİSA URALIN SON GÖRÜNTÜSÜ HEYRƏT YARATDI
Həyatında yaşadığı dəyişikliklərlə hər kəsin diqqətini çəkən
Melisa Uralın anası Sibel Can ilə birlikdə çəkdirdiyi son fotoşəkilə çoxsaylı rəylər gəlib. İllər keçdikcə anasına daha da bənzəyən Melisa, yeni görünüşü ilə böyük bəyənmə toplayıb və pərəstişkarlarının rəğbətini qazanıb.
ANASININ GENETİK GÖZƏLLİYİ
Həmin paylaşımın altında Melisa Uralın ünvanına "Gözəlliyi genetikdir", "Tamamilə anasıdır" kimi müsbət rəylər yazılıb. Bu şərhlər onun anası Sibel Cana olan bənzərliyini bir daha təsdiqləyib.
24 saat