Tanınmış
oyuncu Sitare Akbaş, tamaşaçıların yaddaşına ilk olaraq "Akasya Durağı" serialındakı "Zeyno", daha sonra isə "Kızıl Goncalar" ekran işindəki "Birgül Tezel" obrazları ilə həkk olunub. Güclü aktyorluğu ilə daima diqqət çəkən Akbaş, bu dəfə karyerası ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib.
Sitare Akbaş bir müddətdir münasibətdə olduğu həmkarı
Cengiz Orhonlu ilə ötən gün nikah masasına oturub.
"14 İLİK DOSTLUQ, BİR AY ƏVVƏL QƏRAR VERDİK"
Nikah mərasimindən sonra jurnalistlərlə söhbət edən ünlü cütlükdən Sitare Akbaş bu sözləri deyib: "Cengiz ilə biz 14 ildir ki, dostuq və çox köhnə tanışlığımız var. Həyat bizə belə bir sürpriz etdi. Bir ay əvvəl evlənmək qərarı verdik. Bir-birimizi yaxşılığımızla, pisliyimizlə tanıdığımız üçün bu qərarın tələsik olmadığını düşünürük, lakin hamı çox təəccübləndi. Həyat bizə belə gözəl və fərqli bir hekayə bəxş etdi, çox xoşbəxtik."
Sitare Akbaşın bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub. Tanınmış cütlüyün bir ay ərzində nikah masasına oturması "Bəlkə körpə gəlir?" kimi şərhlərə yol açıb.
CENGİZ ORHONLU KİMDİR?
Müğənni Kamuran Akkorun nəvəsi Cengiz Orhonlu 1994-cü ildə İstanbulda anadan olub.
İncəsənət Fakültəsini bitirən Orhonlu, bir çox
teatr tamaşasında rol alıb.
"O Kız" serialı ilə tanınan ünlü sənətçi, daha sonra müxtəlif layihələrdə də iştirak edib.
Orhonlu eyni zamanda musiqiçi kimliyi ilə də tanınır.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz