Dünya 13.07.2025

Son Dəqiqə Hindistan Təyyarə Qəzasının Dəhşətli Detalı Pilot Qəsdənmi Endirdi

Air India Qəzası: Pilotun İntihar Ehtimalı Ciddi İddiaları Gündəmə Gətirdi

12 iyunda qəzaya uğrayan və göyərtəsindəki 241 sərnişinlə yanaşı, yerdəki 19 nəfərin də həyatına son qoyan Air India qəzası ilə bağlı kokpit səsyazılarının ortaya çıxması, aviasiya təhlükəsizliyi sahəsində olduqca ciddi iddiaların yaranmasına səbəb olub. Qurbanların yaxınları səbirsizliklə gözlənilən ilkin hesabat Hindistan vaxtı ilə şənbə səhəri açıqlanıb.

Qəzadan cəmi saniyələr sonra, 12 illik Boeing 787 Dreamliner təyyarəsinin iki yanacaq nəzarət açarı qəfil "kəsmə" (cut-off) vəziyyətinə keçib. Bu, mühərriklərə yanacaq axınını dayandıraraq güc itkisinə və deməli, təyyarənin mühərriklərinin dayanmasına səbəb olub.

Yanacaq Kəsmə Düymələrinin Sirri

Adətən bu açarlar yalnız təyyarə yerə endiyi zaman bağlanılır. Kokpit səsyazısında bir pilot digərinə "mühərrikləri niyə dayandırdığını" soruşur, digəri isə bunu özünün etmədiyini bildirir. Qeyd, hansı cümlənin kimə aid olduğunu dəqiqləşdirmir. Məlumata görə, qalxış zamanı təyyarəni ikinci pilot idarə edir, kapitan pilot isə prosesi izləyirdi.

Hindistanın aparıcı televiziya kanallarından olan NDTV-nin xəbərində isə dəhşətli detallar şərh edilib. Açarlar bir neçə saniyə sonra yenidən normal uçuş vəziyyətinə qaytarılıb ki, bu da avtomatik mühərrik yenidən başlatma mexanizmini işə salıb. Qəza anında mühərriklərdən biri artıq yenidən itələmə gücü qazanmağa başlamışdı, digəri isə yenidən işə düşmüş, lakin hələ tam güc istehsal etməyə başlamamışdı. Air India-nın 171 saylı reysi Hindistanın Ahmedabad şəhərinin sıx məhəlləsinə düşməzdən əvvəl havada cəmi bir dəqiqə qala bilib. Bu hadisə Hindistanın ən sirli aviasiya qəzalarından biri kimi qeydə alınıb.

"Pilotun İntihar" Ehtimalı

Tədqiqatçılar, qalxışdan dərhal sonra nəyin səhv getdiyini anlamaq üçün qəza sahəsini və kokpit qeydlərini incələməyə davam edirlər. FlightRadar24 saytına görə, təyyarə açıq havada 625 fut yüksəkliyə qədər qalxsa da, qalxışdan təxminən 50 saniyə sonra yerləşmə məlumatları itib. Araşdırmanın ilkin hesabatı Hindistan səlahiyyətliləri tərəfindən Boeing, General Electric, Air India, Hindistan tənzimləyiciləri, həmçinin ABŞ və İngiltərədən olan mütəxəssislərin iştirakı ilə hazırlanır və bir çox sualı gündəmə gətirir.

Hindistanın aparıcı aviasiya təhlükəsizliyi mütəxəssislərindən Kapitan Mohan Ranganathan, yanacaq kəsmə açarlarının qeyri-adi istifadə tərzinə və kokpit səsyazılarına diqqət çəkərək, təyyarənin qəsdən qəzaya uğradıla biləcəyini irəli sürüb. Bu da NDTV-yə görə, pilotun intihar ehtimalının gündəmə gəlməsinə səbəb olub. NDTV-nin "Pilotlardan biri mühərriklərə yanacağı qəsdən kəsmiş ola bilərmi?" sualına Ranganathan belə cavab verib:

“Əlbəttə. Bu, əl ilə edilməlidir. Yanacaq kəsmə avtomatik olaraq və ya elektrik kəsilməsi ilə baş verə bilməz. Açarlar sürüşkən deyil. Onlar müəyyən bir yuva daxilində yerləşdirilib və yuxarı ya da aşağı hərəkət etdirmək üçün çəkilib çevrilməlidir. Yəni səhvən 'off' vəziyyətinə keçməsi mümkün deyil. Bu, qəsdən edilmiş bir müdaxilədir.”

AAIB hesabatına görə, hər iki mühərrikin yanacaq nəzarət açarları demək olar ki, eyni anda 'işləmə' vəziyyətindən "kəsmə" (cut-off) vəziyyətinə keçirilib. Bu açarlar kokpitin orta panelində yerləşir və təsadüfi hərəkətlərin qarşısını alan mühafizə çərçivələri ilə əhatə olunub. Bundan əlavə, onlar toxunuşla işləmir və turbulentlik, enerji kəsilməsi və ya proqram təminatı nasazlığı ilə işə düşmürlər.

Pilotun Səhhət Problemləri İddiaları

Ranganathan, kapitan pilotla bağlı əhəmiyyətli bir iddia da irəli sürüb: "Kapitanın müəyyən səhhət problemlərinin olduğunu eşitmişəm. Qalxış zamanı, yəni təyyarənin burun hissəsi yuxarı qaldırıldığı anda, bu açarlar biri digərinin ardınca bağlanılıb. Bu, qəsdən edilmiş olmalıdır. Kokpit səsyazılarında bir pilot 'Niyə etdin?' deyə soruşur; digəri isə 'Mən etmədim' deyir. Lakin bu ifadələr arasında bir uyğunsuzluq var, sanki üstü örtülmək istənmiş kimi."

"Qalxışda bütün pilotlar qulaqcıq taxmaq məcburiyyətindədir. Səsin kapitanın, yoxsa ikinci pilotun olduğu qeyd cihazında (CAM1 - kapitan, CAM2 - ikinci pilot) müəyyən edilə bilər. Lakin hesabatda 'biri bunu dedi, digəri isə onu dedi' kimi qeyri-müəyyən ifadələr var. Bu, çox pis bir hesabatdır."

Kokpit prosedurlarına görə, bu uçuşda təyyarəni ikinci pilot Clive Kunder (pilot flying) idarə edir, kapitan Sumeet Sabharwal isə nəzarətçi pilot (pilot monitoring) kimi vəzifə yerinə yetirirdi. Ranganathan, bu vəziyyətin çox vacib olduğunu vurğulayıb:

"Qalxış zamanı təyyarəni idarə edən pilotun iki əli də sükan qolunda olur. O anda avtopilot aktiv deyil, pilot təyyarəni qaldırmaqla məşğuldur. Digər pilotun əlləri boşdur. Yəni bu cür bir hərəkəti edə biləcək şəxs kapitandır. Hesabatın bunu açıq şəkildə ortaya qoymaması kafa qarışdırıcıdır. Bu, qətiyyən əl ilə və qəsdən edilmiş bir hərəkətdir."

Ranganathan, Air India-da işləyən bəzi pilotların, kapitan pilotun daha əvvəl tibbi keçmişə sahib olduğunu və uzun müddət xəstəlik səbəbindən işə çıxmadığını söylədiklərini iddia edib: "Air India-dakı bir çox pilot, kapitan pilotun səhhət problemi səbəbindən bir müddət uçmadığını söylədi. Əgər bu vəziyyət üst rəhbərlik tərəfindən bilinmirsə, təəccüblənərdim."

Öncəki "Pilotun İntihar" Hadisəsi: Germanwings Qəzası

24 mart 2015-ci ildə baş verən Germanwings 9525 saylı uçuşunda da oxşar pilotun intihar ehtimalı gündəmə gəlmişdi. Təyyarədə olan 144 sərnişin və 6 ekipaj üzvündən heç kim sağ qalmamışdı. Qara qutularda aparılan araşdırmalarda ikinci pilot Andreas Lubitzin, kapitan pilot kabindən çıxdıqdan sonra qapını içəridən kilidlədiyi, təyyarəni qəsdən hündürlük itirməyə məcbur edərək dağlara çırpılmasına səbəb olduğu ortaya çıxmışdı.

24 saat