Dünya 02.07.2025

SON DƏQİQƏ! ABŞ İDDİA EDİR: İRAN FARS KÖRFƏZİ GƏMİLƏRİNƏ MİNA YÜKLƏYİB

SON DƏQİQƏ! ABŞ İDDİA EDİR: İRAN FARS KÖRFƏZİ GƏMİLƏRİNƏ MİNA YÜKLƏYİB
İsrailin iyunun 13-də İrana hücumu ilə başlayan və 12 gün davam edən İsrail-İran gərginliyi atəşkəslə başa çatsa da, ortaya atılan yeni bir iddia hadisələrin nə qədər həssas və ciddi olduğunu bir daha sübut edib.

Körfəzdəki Hərbi Gərginlik

ABŞ-ın iki rəsmi nümayəndəsinin Britaniya xəbər agentliklərinə verdiyi açıqlamalara görə, İran iyun ayında Basra körfəzindəki gəmilərə dəniz minaları yerləşdirib. Bu addımın, İsrailin hücumu fonunda İranın Hörmüz boğazını bloklamaq cəhdləri ilə bağlı Vaşinqtondakı narahatlığı artırdığı bildirilir. ABŞ kəşfiyyatı tərəfindən aşkar edilən, lakin daha əvvəl açıqlanmayan bu hazırlıqların İsrailin İrana qarşı 13 iyun hücumlarından qısa müddət sonra həyata keçirildiyi qeyd olunur.

Strateji Önəm və Qlobal Təsir

ABŞ rəsmiləri, minaların gəmilərə yüklənməsinin Tehranın dünyanın ən işlək nəqliyyat marşrutlarından birini bağlamaq niyyətində nə qədər ciddi olduğunu göstərdiyini vurğulayıblar. Qlobal neft və qaz daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi Hörmüz boğazının bağlanmasının dünya enerji qiymətlərinin yüksəlməsinə səbəb ola biləcəyi bildirilir. Minaların gəmilərə dəqiq olaraq müharibənin hansı dövründə yükləndiyi müəyyən edilməyib, həmçinin yükləndikdən sonra boşaldılıb-boşaldılmaması da hələ dəqiq deyil. Adı açıqlanmayan ABŞ mənbələri, bu məlumatların peyk görüntüləri, gizli insan resursları və ya hər ikisinin birləşməsi yolu ilə əldə olunduğunu qeyd etsələr də, minaların necə aşkarlandığı barədə ətraflı məlumat verməyiblər.

ABŞ-ın Təpksisi və İranın Məqsədləri

Ağ Ev rəsmisi İranın hazırlıqları ilə bağlı verdiyi açıqlamada, "Prezidentin Gecəyarısı Çəkic Əməliyyatını mükəmməl şəkildə icra etməsi, husilərə qarşı uğurlu kampaniya aparması və yüksək təzyiq sayəsində Hörmüz boğazı açıq qaldı, gəmiçilik azadlığı bərpa edildi. İran əhəmiyyətli dərəcədə zəiflədildi", – deyə vurğulayıb. Pentaqon və İranın BMT-dəki Missiyası məsələ ilə bağlı şərh verməyib. ABŞ rəsmiləri İranın dəniz minalarını gəmilərə yükləməsinin bir "plan" daxilində olması ehtimalını da nəzərə aldıqlarını bildiriblər. Onlar ehtimal edirlər ki, İran minaları ABŞ-a Hörmüz boğazını bağlamaq niyyətlərində nə qədər ciddi olduqlarını göstərmək məqsədilə yükləmiş ola bilər. Digər bir ehtimal isə İran hərbçilərinin liderləri əmr verdiyi təqdirdə "hazır" vəziyyətdə olduqlarını nümayiş etdirmək üçün bu addımı atmasıdır. ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin 2019-cu il üçün təxminlərinə görə, İranın əlində sürətli qayıqlarla tez yerləşdirilə biləcək 5 mindən çox dəniz minası var.

Neft

24 saat