Dünya 28.06.2025

SON DƏQİQƏ! İRANIN GİZLİ NÜVƏ ÜRƏYİ: FORDODAN DAHA GÜCLÜ TƏSİS AŞKARLANDI

SON DƏQİQƏ! İRANIN GİZLİ NÜVƏ ÜRƏYİ: FORDODAN DAHA GÜCLÜ TƏSİS AŞKARLANDI

İranın Nüvə Proqramı və Zənginləşdirilmiş Uranın Sirri: Yeni Gizli Obyekt Ortaya Çıxdı

ABŞ və İsrailin İranın nüvə proqramına qarşı koordinasiyalı hücumlarından sonra diqqətlər Tehranın ehtimal olunan "B planı"na yönəlib. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA), Avropa ölkələri və çoxsaylı kəşfiyyat mənbələri İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının hücumdan əvvəl Fordodan başqa bir yerə köçürülmüş ola biləcəyi ehtimalını irəli sürürlər. Lakin ABŞ prezidenti Donald Tramp İranın uranını heç yerə daşıya bilmədiyini qəti şəkildə bildirdi. Buna baxmayaraq, Ynet News-in məlumatına görə, mütəxəssislər bu uranın İranın nüvə ürəyi sayılan Fordodan belə daha təhlükəsiz bir obyektə aparıla biləcəyinə diqqət çəkirlər.

408 Kiloqram Uranın Aqibəti Məlum Deyil

ABŞ-ın CNN International telekanalının məlumatına görə, İsrail və ABŞ-ın hava hücumları nəticəsində dağıtdığını iddia etdiyi Fordo Nüvə Obyektində hərbi səviyyəyə yaxın 408 kiloqram zənginləşdirilmiş uran saxlanıldığı barədə Ağ Evdən gələn iddialar BAEA tərəfindən təsdiqlənməyib. BAEA-nın sədri Rafael Qrossi bildirib ki, İranın xarici işlər naziri Abbas Araqçi iyunun 13-də, yəni İsrailin hücumlarının başladığı gün ona "nüvə materialları və avadanlıqlarının təhlükəsiz şəkildə qorunduğunu" deyib. Qrossinin sözlərinə görə, bu uran miqdarı cəmi 10 nəqliyyat vasitəsindən ibarət karvanla daşınacaq qədərdir. New York Times (NYT) qəzeti də bu müddətdə İsfahan obyektinə girib-çıxan avtomobillərin görüntülərinin olduğunu yazıb. Deməli, mütəxəssislərin fikrincə, uranın Fordodan çıxarılıb başqa bir obyektə aparılması olduqca realdır.

Zagros Dağlarında Yeni, Daha Qorunaklı Tesis

NYT-yə danışan MKİ mənbələrinə görə, İran hələ də uranı yenidən zənginləşdirmə qabiliyyətinə malik ola bilər. Çünki Natanz yaxınlığındakı Zagros dağlarında yerləşən yeraltı obyektdə yüzlərlə santrifüq hələ də aktiv vəziyyətdə ola bilər. Sözügedən obyektin Fordo kimi dağın içində tikildiyi, lakin 60-100 metr dərinliyə malik olması səbəbindən daha qorunaklı olduğu qeyd edilir. Fordonun cəmi iki girişi olduğu halda, Zagros dağlarındakı bu gizli obyektin dörd ayrı giriş nöqtəsi olduğu bildirilir.

Uran İranın Əlindədir: Danışıqlar Üçün "Koz" Olar?

CNN International-a danışan Amerika rəsmiləri hücumlardan sonra Fordodakı qabaqcıl santrifuqlərin tamamilə məhv edildiyini və zənginləşdirmə fəaliyyətlərinin dayandığını bildirsələr də, Yaxın Şərq analitiklərinə görə, İranın əlindəki uranı yenidən silaha çevirməsi texniki cəhətdən mümkündür. İranın dini lideri Ayətullah Əli Xameneyi isə nüvə obyektlərinin yenidən qurulacağını bəyan etmişdi. Hətta hazırda İranla beynəlxalq ictimaiyyət arasında İranın nüvə proqramı ilə bağlı bağlayıcı bir razılaşma yoxdur. Bundan əlavə, əksər ölkələr İsrail və ABŞ-ın İrana qarşı hücumlarını pisləyərək Tehranın özünü müdafiə etmək haqqına sahib olduğunu vurğuladılar. Vaşinqton Tehranla bir sıra təkliflər irəli sürdüyünü və danışıqların yenidən başlaması üçün yollar axtarıldığını açıqladı. Bu yaxınlarda Ağ Evin təqdim edə biləcəyi 30 milyard dollarlıq nüvə təklifi gündəmə gəldi. Lakin mütəxəssislər və ABŞ mediası İranın əlindəki zənginləşdirilmiş uranı bu danışıqlarda "koz" kimi istifadə edə biləcəyini düşünürlər.

24 saat