SON DƏQİQƏ İsrail Parlamentindən Türkiyə - İsrail siyasətinin son dövrdəki ən diqqətçəkən simalarından biri olan Ohad Tal, yenidən Türkiyəni hədəf alan sərt bəyanatları ilə gündəmə gəlib.
“Türkiyəni dayandırın, əks halda ən ağır bədəli biz ödəyərik”
Aşırı sağçı millət vəkili Bezalel Smotriçin rəhbərlik etdiyi Dini Sionizm Partiyasında fəaliyyət göstərən Ohad Tal, İsrail Parlamentində (Knesset) etdiyi çıxışda sanki bir Türkiyə həyəcan siqnalı verərək Qərb ölkələrinə çağırış edib. Tal, "Türkiyəni dayandırın, əks halda ən ağır bədəli biz ödəyəcəyik" ifadələrini işlədib.
Ankara artıq sadəcə bir rəqib deyil
Ohad Tal çıxışında Türkiyənin İsrail üçün İrandan da böyük risk yaratdığını iddia edib. O bildirib ki, "Prezident Ərdoğanın rəhbərliyi altında Türkiyə artıq sadəcə bir rəqib deyil. Türkiyə sürətlə və güclü şəkildə yaxın gələcəkdə İran təhdidindən daha böyük bir risk faktoruna çevrilir. Bu gün Türkiyə iqtisadi, diplomatik və hərbi cəhətdən İrandan daha güclü bir ölkədir. Vaşinqtonda ona tanınan legitimlikdən faydalanır və eyni zamanda Pekinlə də yaxşı əlaqələrə malikdir. Bütün bu elementlərin birləşməsi İsrail dövləti üçün strateji partlayış riski yaradır".
Qüdsdə Türkiyənin təsiri artır
Ohad Tal Türkiyənin Qüdsdə artan təsirini də hədəf alıb. İsrailin maraqlarına hər sahədə qəsdən qarşı çıxıldığını iddia edən İsrail siyasətçisi deyib: "Bu təhdid yalnız bizə deyil, Qərbə də yönəlib. Türkiyə, İsrailin maraqlarına mümkün olan hər bir arenada qəsdən və aktiv şəkildə qarşı çıxır".
Türk təhdidi fiziki olaraq yaxınımızdadır
Qüdsdəki Türkiyə Konsulluğuna gəlincə, Ohad Tal vurğulayıb ki, "Dünyaya verməli olduğumuz mesaj aydın və birmənalı olmalıdır. Əsas düşmənlərimizə sığınacaq verən bir ölkə Qəzzada heç bir rol oynaya bilməz; nə mülki, nə də hərbi. Üstəlik, Türk təhdidi fiziki olaraq da uzaqda deyil. O, İsrail paytaxtının tam mərkəzində, Qüdsdəki Türkiyə Konsulluğunda fəaliyyət göstərir. Qüdsdəki Türkiyə Konsulluğu, Qüdsün Türk himayəsində müsəlman şəhəri olması məqsədi ilə, həm İsrail qanunlarına, həm də beynəlxalq hüquqa zidd olaraq, mədəni hegemonluq qurmaq və İsrail suverenliyini sarsıtmaq üçün düşmən bir əməliyyat mərkəzi kimi işləyir".
Türk imtiyazları ləğv edilməlidir
Ohad Tal bir həftə əvvəl 15 Knesset üzvü ilə birlikdə baş nazirə, xarici işlər nazirinə, Qüds bələdiyyə sədrinə və milli təhlükəsizlik nazirinə göndərdikləri məktubu xatırladıb. O qeyd edib ki, məktubda Türkiyə Konsulluğunun statusunun aşağı salınması və Qüdsdəki imtiyazlarının ləğv edilməsi tələb olunub. "Təxminən bir həftə əvvəl 15 Knesset üzvü olaraq baş nazirə, xarici işlər nazirinə, Qüds bələdiyyə sədrinə və milli təhlükəsizlik nazirinə bir məktub göndərdik. Bu məktubda, Qüdsdə İsrailə qarşı fəaliyyət göstərən xarici konsulluqlara qarşı tədbir görülməsini və bu başıboşluğa dərhal son qoyulmasını, eyni zamanda Türkiyə Konsulluğunun Təl-Əvivdəki səfirliyə bağlı bir alt bölmə olaraq təyin edilməsini tələb etdik. Akkreditasiya məktublarını İsrail əvəzinə Ramallahdakı Mahmud Abbasa (Əbu Mazen) təqdim etdikləri müddətcə, türklərin diplomatik keçid sərbəstliyinin və İsraildən aldıqları bütün imtiyazların ləğv edilməsini istədik. Paytaxtımızdakı suverenliyimiz sadə bir qanun tətbiqi ilə başlayır", – deyə Tal əlavə edib.
Strateji mövqeyimizi zəiflətmək cəhdləri
Bununla yanaşı, Ohad Tal Türkiyənin regional layihələrinin İsrailin strateji maraqlarını zəiflətməyi hədəflədiyini iddia edib. O vurğulayıb ki, "Türkiyə həmçinin İsrailin dünyadakı strateji mövqeyini neytrallaşdırmaq üçün fəal iş aparır. Türkiyə, İsrail üzərindən keçməsi planlaşdırılan Amerika IMEC (Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi) koridorunu əngəlləmək üçün İraq və Suriya üzərindən rəqib dəhliz layihələrini təşviq edir. Ankara Şərqi Aralıq dənizindəki dəniz hüquqlarımızı şübhə altına alır və qaz, kabel, elektrik layihələrimizi təhdid edir".
Yunanıstan və Cənubi Kıbrısla Türkiyəyə qarşı birlik olmalıyıq
Ohad Tal Qərb ölkələrinin səssiz qalacağı təqdirdə nəticələrin ağır olacağını bildirərək çıxışını yekunlaşdırıb: "Qərb bu gün səssiz qalarsa, bunun bədəlini ödəyən ilk ölkə İsrail olacaqdır – və çox ağır bir bədəl. Partiyalarüstü olaraq hamımız bu təhdidə qarşı birlikdə hərəkət etməliyik. Xarici işlər və təhlükəsizlik komitəsində təcili iclas tələb edirəm. Türkiyəyə qarşı hərtərəfli bir siyasət formalaşdırılmalıdır. Bu siyasət Yunanıstan və Cənubi Kıbrısla hər sahədə təhlükəsizlik və əməkdaşlığın artırılmasını tələb edərək, Ankaraya qarşı birlik olmağı zəruri edir".

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz