İsrail Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan general-mayoru Eliezer Çeni Marom bildirib ki, HƏMAS və İsrailə qarşı beynəlxalq təzyiqlər artmaqdadır. O vurğulayıb ki, bu prosesdə Türkiyə ən mühüm rol oynayan ölkəyə çevrilib. Maromun fikrincə, Orta Şərqdəki siyasi balansı təyin edən güc artıq təkcə Vaşinqton deyil, Ankara da regional masada önəmli yer tutur.
Beynəlxalq Təzyiqlərin Nəticəsi
İsrailin 103FM radiosunda Anat Davidov və Udi Seqalın suallarını cavablandıran Marom, İsrail və HƏMAS arasında davam edən danışıqlar prosesinin "hər iki tərəfə yönələn güclü beynəlxalq təzyiqlərin nəticəsi" olduğunu iddia edib.
HƏMAS-a Ciddi Dəstək Var
Marom, HƏMAS-ı dəstəkləyənlərin çoxluğuna diqqət çəkərək bildirib ki, "bu gün İordan çayının qərb sahilində seçkilər keçirilsə, əhalinin yüzdə 70-i HƏMAS-a səs verər. Qəzzada da hələ də ciddi dəstəyə malikdirlər."
Türkiyə Ən Kritik Oyuncudur
Marom müqaviləni formalaşdıran iki əsas qüvvəni vurğulayaraq qeyd edib: "Bir tərəfdə İsrailə və ərəb tərəfdaşlarına təzyiq göstərən Amerika Birləşmiş Ştatları; digər tərəfdə isə İndoneziyadan Türkiyəyə qədər uzanan müsəlman coğrafiyası." Bu kontekstdə Türkiyənin əsas rol oynadığını bildirən Marom, ölkənin diplomatik təsirini "hazırda Türkiyə oyuna daxil olan ən kritik oyunçudur. Həmçinin HƏMAS üzərində böyük təsirə malikdir" sözləri ilə ifadə edib.
Yeganə Ümidimiz ABŞ-dır
Marom, Türkiyə və Qətərə edilə biləcək F-35 satışları ilə bağlı narahatlıqların şişirdildiyini qeyd edərək deyib: "Mən F-35 təyyarələrinin Türkiyəyə və ya Qətərə göndərilməsindən qorxmuram. Əsas təhlükə, İsrailin beynəlxalq arenada getdikcə təklənməsidir. İki il davam edən müharibə ərzində özümüzü elə bir nöqtəyə gətirdik ki, artıq tutunacaq yeganə ümidimiz qalıb. Bu da ABŞ-dır."
İsrail Böyük Böhranla Üzləşə Bilər
Marom, İsrailin ABŞ-a olan bu siyasi asılılığının ABŞ prezidenti Donald Tramp administrasiyasının əlini gücləndirdiyini də vurğulayıb. O qeyd edib: "Bu, Trampın gücüdür. İsrailə açıq şəkildə 'Əgər indi razılığa gəlməyəcəksinizsə, dəstəyimi geri çəkə bilərəm' deyir. Beş dəqiqə sonra Avropanın üç böyük ölkəsi (E3) Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edər. Əgər ABŞ veto etməsə, İsrail çox böyük bir diplomatik böhranla üz-üzə qalar."
Türkiyə Mərkəzli Güc Oxu
Maromun açıqlamalarını şərh edən İsrail mediasından “Maariv” bölgədəki diplomatik balansın Türkiyə mərkəzli bir güc oxuna doğru dəyişdiyini bildirib.
Oxucu Şərhləri
Şərh Yaz