İsrailli keçmiş kəşfiyyat zabiti Amit Yaqur Kanal 14 telekanalının canlı efirində
Türkiyəyə dair diqqətçəkən qiymətləndirmələr edib. Yaqur ABŞ-ın sıx təzyiqlərinə baxmayaraq, Türk qüvvələrinin
Qəzzəyə girişinin “mümkün olmadığını” iddia edib. O, İsrailin Türkiyənin regional təsirini yaxından izlədiyini vurğulayıb.
Yük Olmaqdan Çıxdıq
Dünyada artan boykot dalğasına baxmayaraq, Yaqur Avropa ölkələrinin İsrailə yanaşmasında bir dəyişiklik yaşandığını iddia edərək deyib: “İsrail müharibənin ilk mərhələlərində Avropa üçün bir yük idi, lakin indi yenidən “bir varlığa” çevrilib”. O, bu mövzuda kritik bir iddia irəli sürərək əlavə edib: “Buna nümunə olaraq Almaniyanı göstərə bilərəm. İsrailə sualtı qayıq və raket satışı artıq simvolik bir addım olmaqdan çıxıb”.
Lazım Olanı Etməkdən Çəkinmərik
Canlı yayımda
Türkiyə barədə səsləndirdiyi fikirlər xüsusilə diqqətçəkən olan Yaqur, ABŞ-ın Ankarı
Qəzzədə sülhməramlı missiyaya cəlb etməyə çalışdığını, lakin bunun baş verməyəcəyini qeyd edib. O, “Əsla olmayacaq, bunun üçün lazım olan nə varsa, onu etməkdən çəkinmərik. Təkrar edirəm, Türk qüvvələrinin
Qəzzəyə girişi olmayacaq” deyib.
Suriyadakı Varlığı Belə Böyük Problem
Yaqur bunun səbəbinin siyasi deyil,
teoloji olduğunu iddia edib. O bildirib: “Bu, milli bir qarşıdurma deyil. Türkiyənin regiondakı nüfuzu getdikcə artır. Suriyadakı mövcudluğu belə bizim üçün böyük bir problem olduğu halda, buna Qəzzədə niyə icazə verək?”
Ərəb Ölkələrinə Üstünlük Verərik
İsrailli kəşfiyyatçı, İsrailin Qəzzəyə sülhməramlı qüvvə daxil olmalı olduğu təqdirdə, Türkiyədən əvvəl Səudiyyə Ərəbistanı və ya digər ərəb ölkələrinə üstünlük verəcəyini deyib.
Ankara Bölgədə Rəqabət Yaradır
Orta Şərqdə yeni bir regional nizamın formalaşdığını söyləyən Yaqur, bölgədəki güc mübarizəsinin getdikcə sərtləşdiyini və xüsusilə Türkiyənin son addımlarının nəzərəçarpan bir rəqabət mühiti yaratdığını irəli sürüb.
İsrail Türkiyəni Nəzərə Almalıdır
Yaqurun çıxışları boyu
Türkiyəni regionun gələcəyini müəyyən edən ən təsirli aktorlardan biri kimi təsvir etməsi diqqət çəkib. Ankarın həm ideoloji, həm də hərbi gücünün İsrail tərəfindən ciddi şəkildə nəzərə alınmalı olduğunu vurğulayan qiymətləndirmələr, şərhlərə görə, Türkiyənin Orta Şərq tənliyindəki çəkisinin İsrail kəşfiyyat dairələrində danılmaz qəbul edildiyini göstərir.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz