Ekipajsız Texnologiya
Kolumbiya illərdir kokain istehsalının mərkəzidir. Meşələrdəki gizli tərsanələrdə istehsal olunan yarı-batıq sualtılarla, narkotik şimala; Mərkəzi Amerika, Meksika və hətta Avstraliya kimi uzaq bazarlara daşınır. Lakin indi mənzərə dəyişir. Artıq bu gəmilərdə ekipaj yoxdur. Uzaqdan idarə olunan, aşağı profilli, radara görünməyən insansız vasitələr səhnəyə çıxır. Bu da kartellərin həm daha az iz buraxmasını, həm də əməliyyatları daha təhlükəsiz şəkildə həyata keçirməsini təmin edir. AFP-yə danışan texnologiya mütəxəssislərinə görə, ələ keçirilən vasitədəki antena, İlon Maskın kosmosdan internet layihəsinin necə qaçaqmalçılıq alətinə çevrilə biləcəyini göstərir.Yüksək Dəyərli Yüklər
Bu, ilk nümunə deyil. 2023-cü ilin noyabrında Hindistan sahillərində ələ keçirilən və yenə Starlink ilə idarə olunan başqa bir gəmidə 4.25 milyard dollar dəyərində metamfetamin daşınırdı. Kolumbiya donanmasının açıqlamasına görə, bu insansız narko-suqaltı ölkənin ən böyük narkotik təşkilatı olan Gulf Clan tərəfindən layihələndirilmişdi. Vasitə təxminən 1.5 ton kokain daşıya biləcək ölçüdə idi.Danışan Ekipaj Yoxdur
Mətbuata paylaşılan görüntülərdə kiçik, boz rəngli və olduqca sadə görünüşlü bir vasitə diqqət çəkir. Lakin içində heç bir canlı yox idi. Sadəcə hədəfə kilitlənmiş bir maşın idi. ABŞ mərkəzli InSight Crime analitik mərkəzinin tədqiqatçısı Henri Şuldinerə görə, bu vasitələr sayəsində kartellər əslində böyük bir riski aradan qaldırır, yəni ələ keçirilən ekipajın danışmasını əngəlləmiş olurlar.Hərbi dəniz qüvvələri bildirir ki, artıq cinayətkarlar deyil, yalnız maşınlar ələ keçirilir.
Şuldiner qeyd edir ki, üstəlik, bu sistemlər radar izləməsindən də böyük ölçüdə yayına bilirlər. Birləşmiş Millətlər Təşkilatı 2023-cü ildə dünya üzrə kokain istehsalı və ələ keçirilmə nisbətlərinin rekord səviyyəyə çatdığını açıqlayıb. Tələbat artdıqca üsullar da dəyişir. İl ərzində həm Atlantikdə, həm də Sakit okeanda çox sayda narko-suqaltı dayandırılıb. Keçən noyabrda, Avstraliyaya gedən bir yarı-batıq gəmidə tam 5 ton kokain ələ keçirilmişdi.