Dünya 16.07.2025

SON DƏQİQƏ: Sirli Melania: Ukrayna qərarında Birinci Ledinin təsiri

SON DƏQİQƏ: Sirli Melania: Ukrayna qərarında Birinci Ledinin təsiri

Donald Trampın Qərarlarında Melania Tramp Faktoru

Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Rusiya arasında aparılan və nəticəsiz qalan bir sıra sülh danışıqlarından sonra ABŞ prezidenti Donald Trampın NATO və Ukraynaya silah tədarükü ilə bağlı açıqlamaları dünya gündəminə bomba kimi düşdü. Lakin bu hadisənin arxa planında qalan əsas məqam, sözügedən qərarların qəbul edilməsində onun həyat yoldaşı, birinci xanım Melania Trampın təsirinin olması idi. Ötən gün Ağ Evin bağçasında jurnalistlərə açıqlama verən Donald Tramp, Rusiyaya razılaşmaya gəlmək, əks halda isə 100 faizlik əlavə gömrük vergisi tətbiq etmək üçün verilən müddəti xatırladaraq dedi: "Əgər 50 gündən sonra bir razılaşmaya gəlməsək, vəziyyət çox pis olacaq."

"Evə Gəlirəm və Deyirəm ki..."

ABŞ prezidenti Marko Ruttellə keçirilən mətbuat konfransında Rusiya prezidentinin ikiüzlü davranışlarını anlamasında əsas rolun həyat yoldaşına aid olduğunu etiraf etmişdi. O, bu barədə belə demişdi:

"Evə gedirəm və birinci xanıma deyirəm: Bu gün Vladimirlə danışdım. Çox gözəl bir söhbət oldu. O isə cavab verir: Həqiqətənmi? Elə indicə başqa bir şəhər vuruldu. Dəfələrlə razılaşdığımızı düşünürdük. Evə gəlirəm, 'Vladimirlə möhtəşəm bir danışıq apardım. Sanıram ki, artıq bu iş tamamlandı' deyirəm. Bir dəfə isə mənə belə dedi: 'Qəribədir... çünki elə indicə bir qocalar evini bombalamışdılar.'"

"Agent Melania Trampenko"

"Daily Beast"in məlumatına görə, bu açıqlama Ukraynapərəst sosial mediada geniş əks-səda doğurdu. Açıqlamadan dərhal sonra bir X (Twitter) istifadəçisi geniş kənarlı şapka və üzərində Ukrayna Silahlı Qüvvələrinin loqosu olan bir pencək geyinmiş "Agent Melania Trampenko" fotosunu paylaşdı.

Qısa müddətdə birinci xanımın Donald Trampın andiçmə mərasimində geyindiyi geyimin süni intellektlə birləşdirilərək Ukrayna hərbi forması geyindiyi və mavi-sarı Ukrayna bayrağına sarınmış başqa görselləri də sosial mediada yayılmağa başladı.

Sosial Medianın Reaksiyası

"Business Ukraine" adlı Ukrayna jurnalı, Melania Trampa üç cizgi film xarakterinin Ukrayna şapkası təqdim etdiyi bir meme ilə birlikdə bu qeydi əlavə etdi:

"Bu gecə Ukrayna sosial mediasında Melania Trampa böyük sevgi var."

Başqa bir istifadəçi olan Erno Buzas zarafatla yazdı: "Melania, Ukrayna üçün təkbaşına bütün Respublika Partiyasından daha çox şey edir."

Digər bir istifadəçi isə, Donald Trampın qərarlarını adətən son danışdığı şəxsin görüşlərinə görə formalaşdırdığı yönündəki yayğın sosial media söyləntisinə işarə edərək belə bir fikir bildirdi: "Melania Trampın, bu idarəçiliyin Ukraynanı tamamilə tək buraxmasını əngəlləyən şəxs olması, gözlədiyim bir şey deyildi, amma Trampın necə qərar verdiyi düşünülürsə, tamamilə uyğundur."

"Dualarım Ukrayna Xalqı ilədir"

Sloveniya əsilli birinci xanım adətən siyasi fikirlərini ictimaiyyətlə bölüşməkdən çəkinsə də, bu, Ukrayna lehinə etdiyi ilk açıqlama deyil. 2022-ci ildə Rusiyanın Ukraynaya ilk işğalı zamanı izləyicilərinə Qızıl Xaça ianə etməyə çağırmış və məsum insanların çəkdiyi əzabları "ürək parçalayan və dəhşətli" olaraq xarakterizə etmişdi.

"Düşüncələrim və dualarım Ukrayna xalqı ilədir" ifadələrini istifadə etmişdi.

Putinlə yaşanan son gərginliyin ardından Donald Trampın, Ukrayna prezidenti Volodimir Zelenskiyə ölkəsinin Moskva və Sankt-Peterburqu raketlə vurub-vura bilməyəcəyini soruşaraq Rusiyaya "əzab çəkdirməyi" hədəflədiyi bildirildi.

24 saat