Türk televiziya və kino dünyasının güclü qadın aktrisalarından biri olan
Nurgül Yeşilçay hər zaman gündəmdə qalmağı bacarır. Xüsusilə "Asmalı Konak" serialındakı Bahar obrazı ilə yaddaşlara həkk olunan aktrisa, "Paramparça", "Muhteşem Yüzyıl: Kösem" və "Veda Mektubu" kimi layihələrdəki ifası ilə uğurlarını artırıb.
Son dövrlərdə sosial media paylaşımları ilə də adından söz etdirən
Nurgül Yeşilçay heyranları ilə yemək bişirmə anlarını, ən filtrsiz halları və əyləncəli paylaşımlarını tez-tez bölüşür. Son olaraq gənclik fotosunu paylaşan aktrisa sosial mediada geniş müzakirələrə səbəb olub.
Aktrisanın qızı rolunu oynayan ulduza bənzədildi
Ancaq son olaraq, 21 yaşlı bir fotosunu "Sizcə kimə bənzəyirəm?" qeydi ilə paylaşan
Nurgül Yeşilçay sosial media dünyasında əsl fırtına yaratdı. Gənclik fotosu sürətlə minlərlə bəyənmə qazanarkən, istifadəçilər aktrisanın bənzərliyini müzakirə etməyə başladılar.
Şərhlər arasında gənc Yeşilçayın
Afra Saraçoğluna bənzərliyi önə çıxdı. Xüsusilə göz quruluşu və üz cizgiləri ilə Yeşilçayın gənclik fotosu, indiki
məşhur simaya bənzədildi.
Bu bənzərlik yalnız fotoşəkillə məhdudlaşmadı.
Nurgül Yeşilçay və
Afra Saraçoğlu 2016-cı ildə çəkilmiş "İkinci Şans" filmində ana-qız olaraq eyni kadrda yer almışdılar. Yeşilçay filmdə "Yasemin" obrazını canlandırarkən,
Afra Saraçoğlu da onun qızı "Çiçək" rolu ilə diqqət çəkmişdi.
Aradan keçən illərdən sonra, Yeşilçayın 21 yaşlı fotosunun
Afra Saraçoğluna bənzədilməsi, "Həqiqətən ana-qız kimi idilər!" şərhlərinə səbəb oldu.
24 saat