"Göztepe"nin baş məşqçisi Stanimir Stoilovdan qalibiyyət sevinci
Türkiyə Super Liqasının 12-ci turunda səfərdə "Kasımpaşa"nı 2-0 hesabı ilə məğlub edən "Göztepe"nin baş məşqçisi Stanimir Stoilov, "Recep Tayyip Erdoğan Stadı"nda keçirilən qarşılaşmadan sonra mətbuat konfransında açıqlamalar verib.
İlk yarıda çoxlu fırsat yaratmadıqlarını qeyd edən Stoilov, "Yaxşı bir qələbə qazandıq. Oyun boyunca diqqətimizi itirmədik və taktiki intizamımızı qoruduq. İkinci yarıda 3-4 şansımız oldu. İki qol vurduq. Qələbə əldə etdiyimiz üçün çox şadam. Milli oyunlar səbəbindən liqalara veriləcək fasilədən əvvəl yaxşı bir qələbə qazandıq" ifadələrini işlədib.
Arda Okan Kurtulanın performansı Stoilovu heyran etdi
Qarşılaşmada təsirli bir performans sərgiləyən Arda Okan Kurtulan ilə bağlı sualı cavablandıran bolqar mütəxəssis, "İndiyə qədər özünü çox inkişaf etdirib. Hər oyunda üzərinə nəsə əlavə edir. Bu oyunda bəlkə də ən yaxşı oyununu göstərdi. Əlbəttə ki, motivasiyasını itirməməli və daha çox çalışmağa davam etməlidir. Ümid edirəm ki, bir gün Türkiyə milli komandasının baş məşqçisinə zəng edəcək və 'Sizin üçün xüsusi bir oyunçum var' deyəcək qədər özünə güvənə bilərəm. Arda Okanın hələlik milli komanda üçün bu xüsusiyyətdə bir oyunçu olduğunu düşünmürəm. Arda sıx şəkildə çalışmağa davam etməli və milli komanda oyunçusu olmağı haqq etməlidir" şəklində danışıb.
Stoilov azarkeşlər ilə münasibətinə aydınlıq gətirdi
Oyunun ardından "Göztepe" azarkeşlərinin çağırışına baxmayaraq tribunaya getməməsinə də toxunan Stanimir Stoilov, "Mənə çox hörmət edirlər. Mən də onlara hörmət edirəm və onları çox sevirəm. Mən mövsüm ərzində tribunaya gedib təbrikərə qatılmağı sevmirəm. Bu mənim tərzimdir. Mövsüm sonunda onların yanına getməyimin doğru olduğunu düşünürəm" deyə fikirlərini bölüşüb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz