Türkiyə Futbol Federasiyası (TFF) qarşıdan gələn mövsümdə böyük bir yeniliyə imza atmağa hazırlaşır. Türkiyə Futbol Federasiyasının (TFF) baş assambleyasının yekun iclasından sonra açıqlama verən TFF prezidenti İbrahim Hacıosmanoğlu, növbəti futbol mövsümü ilə bağlı verilən dəyərləndirmədə, oyunların idarə edilməsində əsl dönüş nöqtəsi olacaq bir tətbiqin tətbiq ediləcəyini elan edib.
Hakimlərlə bağlı ünvanlanan suala cavab verən Hacıosmanoğlu, yayımlayıcı qurumların təqdim etdiyi görüntü və səs materiallarının, gələcəkdə potensial cərimələrin tətbiqi və ya intizam işlərinin açılması üçün əsas kimi istifadə edilməsi ilə bağlı əhəmiyyətli bir qərarın qəbul edildiyini diqqətə çatdırıb.
"HƏR ŞEY QEYDƏ ALINACAQ"
İbrahim Hacıosmanoğlu məsələ ilə bağlı geniş açıqlama verib. O qeyd edib ki, “Əgər vaxtında və lazımi texniki təchizat təmin olarsa, oyun rəsmiləri yeni mövsümə yaxa kamerası ilə başlayacaqlar. Bu kameralar vasitəsilə səsləndirilən hər bir söz və bütün kommunikasiya qeydə alınacaq. Dünya Kubokunda da tətbiq edilməsi planlaşdırılan bu sistem həm matç müşahidəçiləri, həm nümayəndələr, həm də oyun rəsmiləri üçün nəzərdə tutulub. Hazırda ASELSAN şirkətinin baş direktoru ilə danışıqlar aparılır və onlar layihəyə sponsor olacaqları barədə ilkin razılıq veriblər.”
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz