Beşiktaş Orkun Kökçünü İcarəyə Götürdü: Süper Liqanın Rekord Transferi
Süper Liqa təmsilçilərindən Beşiktaş, transfer danışıqları üçün İstanbula dəvət etdiyi 24 yaşlı yarımmüdafiəçi Orkun Kökçünü satınalma şərtilə icarəyə cəlb edib.
Qara-ağ formaya sahib klubun yaydığı məlumata görə, icarə haqqı ödənilməyəcək. Futbolçunun daimi transfer haqqı isə 25 milyon avro olaraq müəyyən edilib.
Türkiyə Futbolunda Yeni Rekord
Orkun Kökçü bu anlaşma ilə Süper Liqa tarixinin ən bahalı transferi statusunu qazanıb. Milli futbolçudan əvvəlki rekord göstərici "Fənərbaxça"nın "Seviliya"dan 19.5 milyon avroya transfer etdiyi Youssef En-Nesyriyə aid idi. Yarımmüdafiəçinin bu razılaşması Türk futboluna böyük maliyyə təsiri vəd edir.
Klubdan Rəsmi Açıqlama
Beşiktaş klubunun ictimaiyyəti məlumatlandırma platformasına (KAP) verdiyi açıqlama belədir:
“Peşəkar futbolçu Orkun Kökçünün transferi ilə bağlı onun klubu və özü ilə razılıq əldə edilib.
"Sport Lisboa E Benfica-Futebol SAD" klubuna 2025-2026 mövsümü üçün icarə haqqı ödənilməyəcəkdir.
Həmçinin, müqavilədə göstərilən şərtlər yerinə yetirilərsə, futbolçunun daimi transferi ilə bağlı maddə qüvvəyə minəcək və 2026-2027 mövsümündən etibarən "Sport Lisboa E Benfica-Futebol SAD" klubuna transfer haqqı olaraq 25.000.000 avro 2030-cu ilədək hissə-hissə ödəniləcək.
Əldə edilmiş razılaşmaya əsasən, futbolçuya 2025/2026 futbol mövsümündən 2029/2030 futbol mövsümünədək hər mövsüm üçün 5.000.000 avro zəmanətli əməkhaqqı ödəniləcək. Bu məbləğ Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Avro (EUR)/Türk Lirəsi (TRY) məzənnəsi əsasında Türkiyə lirəsi ekvivalentində hesablanaraq təqdim olunacaq.”