Suriya və Rusiya Aralıq dənizindəki hərbi bazaların gələcəyi ilə bağlı razılığa gəlib
Suriya Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda Rusiya ilə Aralıq dənizi sahillərində yerləşən iki strateji hərbi obyektlə bağlı yeni razılaşmanın əldə olunduğunu təsdiqləyib. Bu saziş həmin bazaların Moskva üçün hərbi dayaq nöqtəsi kimi istifadəsinə xitam verilməsini nəzərdə tutur.

Tərəflər hələlik müqavilənin təfərrüatları və obyektlərin gələcək statusu barədə geniş məlumat verməsələr də, ekspertlər bunu regiondakı geosiyasi tarazlığın dəyişməsi kimi şərh edirlər. Rusiya uzun müddətdir ki, Suriyadakı bu bazalardan Aralıq dənizindəki hərbi mövcudluğunu təmin etmək üçün yararlanırdı.
Müşahidəçilərin qənaətinə görə, bu addım Suriya hökumətinin xarici siyasətində yeni bir dövrün başlanğıcı ola bilər. Rusiya ilə imzalanan yeni sənəd, həmçinin Yaxın Şərqdəki hərbi-siyasi vəziyyətə birbaşa təsir göstərəcək mühüm amillərdən biri kimi qiymətləndirilir.
Rəsmi Dəməşq və Moskva arasında əldə olunan bu razılaşmanın regiondakı digər dövlətlər tərəfindən necə qarşılanacağı yaxın günlərdə bəlli olacaq. Beynəlxalq ictimaiyyət isə proseslərin gedişatını diqqətlə izləməkdədir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz