Hizbullah rəhbərinin müavini Kasım, Livanın paytaxtı Beyrutda təşkil olunan Tabatabainin anım mərasimində çıxış edib.
Kasım öz çıxışında vurğulayıb ki, "Bu sui-qəsd (Tabatabainin qətlə yetirilməsi) əhval-ruhiyyəmizi sarsıda bilməz, çünki biz köklü və çoxillik ənənələrə malik bir partiyayıq."
Livan ərazisində İsrail adından fəaliyyət göstərən casusların və kəşfiyyat şəbəkələrinin mövcudluğuna diqqət çəkən Kasım bildirib: "Casusluq fəaliyyətləri daim mövcuddur. Beynəlxalq nəşrlər, xarici vətəndaşların ölkəyə axını və hətta bəzi ərəb kəşfiyyat orqanları səbəbilə açıq bir mühitdəyik. Təəssüf ki, bütün bunlar İsrail düşməninə istədiyi məlumatı əldə etməkdə kömək edir."
Kasım vurğulayıb ki, "Baş verən hadisə açıq-aşkar hücum və çirkin cinayətdir. Bizim buna cavab vermək haqqımız var və bunun üçün münasib vaxtı təyin edəcəyik."
Hadisənin təfərrüatları
Xatırladaq ki, 23 noyabr tarixində İsrail ordusunun Beyrutun Dahiye bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində 5 nəfər həlak olmuş, 28 nəfər isə yaralanmışdı.
Hizbullah bəyan etmişdi ki, hücum zamanı təşkilatın hərbi qanadının lideri Tabatabai ilə yanaşı, daha 4 üzvü həyatını itirib. Açıqlamada qeyd olunurdu ki, Tabatabai uzun illər təşkilatın hərbi strukturunda mühüm vəzifələr tutmuş və "müqavimətin təməl daşlarını qoyan komandanlardan biri" olmuşdur.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz