Fənərbaxça rəhbəri Əli Koç ilə Bolu Bələdiyyə Başçısı Tanju Özcan arasında sosial media paylaşımları zəminində gərginlik yaşanıb.
Tərəflərin qarşılıqlı ittihamları
Fənərbaxça Klubunun vitse-prezidenti Sertaç Komsuoğlu bu məsələyə münasibət bildirərək, "Gündəmdə qalmaq üçün Fənərbaxçadan mənasız transfer tələbləri irəli sürərək özünə PR etməyə çalışan Bolu Bələdiyyə Başçısı Tanju Özcanın şüursuz sosial media paylaşımlarına başqanımız telefon danışığında lazımi cavabı sərt şəkildə verib" deyib.
Tanju Özcanın sərt reaksiyası
Tanju Özcan, telefon danışığının ictimailəşməsindən sonra sərt bir açıqlama verib. O, "Əli Koç bir az əvvəl mənə zəng etdi. Pulundan aldığı cürətlə mənə ağıl öyrətməyə çalışdı. Əlbəttə ki, cavabını da aldı" ifadələrini işlədib.
Özcan, "Bax Əli Koç! Mən fabrikant Vehbi Koçun nəvəsi deyiləm, meşə kəndlisi, kasıb Mehmet Özcanın nəvəsiyəm. Nə varsa, öz zəhmətimlə əldə etmişəm. Dedəmin-Atamın pulları sayəsində bu vəzifədə deyiləm. Cümhuriyyətin verdiyi imkanlar sayəsində yaxşı təhsil aldım və xalqın sevgisi və dəstəyi ilə 6 dəfə seçildim" deyə əlavə edib.
Bolu Bələdiyyə Başçısı daha sonra bunları qeyd edib: "“Yalı uşağı” təkəbbürlüklə seçilmiş insanlara zəng edib təhqir etməyə bir daha cəhd etmə! Çünki pul hər yerdə keçmir, hər quşun əti də yeyilmir".
“Düzdür, mən Fənərbaxçalı deyiləm. Məni hörmətli Əziz Yıldırımdan soruşa bilərsən. Fənərbaxça klubuna 3 İyul FETÖ kumpası qurularkən, çox böyük, varlı-pullu, adlı-sanlı Fənərbaxçalılar başını quma soxduğu vaxt, TBMM kürsüsündən bu kumpası ifşa edən tək millət vəkiliyəm."
“Gəl, hələ gec deyilkən bu telefon danışığını heç olmamış sayalım. Şəxsinlə yox, amma “Taliska, Boluspor kimi bir klubda oynayacaq oyunçu mu?” Şəkildə çirkin bir ifadə ilə aşağılamağa çalışdığın Boluspor klubundan üzr dilə və məsələni bağlayaq."
Gərginliyin başlanğıcı
Mübahisənin əsas səbəbi Tanju Özcanın sosial media paylaşımı olub. Həmin paylaşımda o, Əli Koça müraciət edərək, Dominik Livakoviç, Arçi Braun və Taliskanı Boluspora göndərməsini tələb edib, əks halda Bolu meydanına aslan heykəli ucaldacağını və adını Əli Koç qoyacağını bildirmişdi.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz