Kiprdə Silahlanma Yarışı: Prezident Tatarın Xəbərdarlığı
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tatar Kipr Rum rəhbərliyinin son illərdə müdafiə büdcəsindəki artımlara diqqət çəkərək, rum tərəfinin adanı yenidən bir münaqişə zonasına çevirmək istədiyini bəyan edib.
Prezident Tatar, Kipr Türk xalqının rum tərəfinin təhdidlərinə əsla boyun əyməyəcəyini vurğulayaraq, "Bu rəhbərliyin silahlanması sonda yalnız özünə zərər verəcəkdir," şəklində qeyd edib.
Rum Tərəfinin Təcavüzkarlıq Hazırlığı və Bölgədəki Rolu
Rum tərəfinin müdafiədən daha çox hücum hazırlığı içində olduğunun altını çəkən Prezident Tatar, bunları qeyd edib:
"Mari Hərbi Dəniz Bazasındakı Florakis ilə Bafdakı Andreas Papandreu Hərbi Hava Bazasının artıq yalnız Rum ordusuna deyil, Amerika, Fransa və İsrail qüvvələrinə də açıq olduğunu görürük. Kiprin cənubu bölgədən kənar güclərin forpostuna çevrilmişdir."
Tatar, Şərqi Aralıq dənizində heç kimin Türkiyəni kənarda qoya bilməyəcəyini və Türk millətinin iradəsini nəzərə almamazlıq edə bilməyəcəyini bildirib. O, rumların 2020-2025-ci illərdə müdafiə və hərbi ehtiyaclara 3,5 milyard dollardan çox vəsait ayırdığını da əlavə edib.
Kipr Rum Rəhbərliyinin Genişmiqyaslı Silahlanma Siyasəti
Kipr Rum rəhbərliyinin sülhdən deyil, silahlanmadan yana olduğunu vurğulayan Tatar, "Bu rəhbərlik sanki bir silah anbarına çevrilmiş durumdadır," deyib.
O, əlavə edib: "Rum rəhbərliyi Almaniyadan ENOK A.B. zirehli maşınlarını, İsraildən SPIKE LR-2 tanksavar raketlərini, Fransadan AKERON MP tanksavar sistemlərini, EXOCET gəmi əleyhinə və MISTRAL hava hücumundan müdafiə raketlərini, Serbiyadan Tamnava çoxlüləli reaktiv yaylım atəş sistemlərini almışdır. ABŞ və Avropa mənşəli yüngül silah alımları da davam edir. Kipr Rum rəhbərliyi açıq bir silahlanma yarışı içindədir."
Oxucu Şərhləri
Şərh Yaz