Gündəm 05.07.2025

Teksasda 2 saata sel fəlakəti: 25 qız uşağı qapıldı

Teksasda 2 saata sel fəlakəti: 25 qız uşağı qapıldı
Teksasda anidən başlayan şiddətli yağışlar, Kerr qraflığının dəqiqələr içərisində sular altında qalmasına səbəb oldu. Cümə günü başlayan fəlakətdə azı 24 nəfər həyatını itirdi. Çay kənarındakı qızların yay düşərgəsində 25 uşaq qəflətən başlayan su basqınında itkin düşdü. Su basqını yolları və küçələri çaylara çevirdi, şəhər mərkəzi isə gölə döndü. Avtomobillər və bünövrəsindən qopmuş prefabrik evlər suya qapıldı. İnsanlar axıntıya düşən evlərinin üstündə xilas edilməyi gözləyirdi. Yerli səlahiyyətlilər, çayın daşması ilə çox sayda insanın sular altında köməksiz qaldığını və axtarış-xilasetmə qruplarının gecə boyu işlərini davam etdirəcəyini bildirdi. Təcili yardım qrupları helikopterlərlə bölgəyə müdaxilə etdi. Lakin iş texnikası və təcili yardım maşınları şiddətlə axan suları keçə bilmədi. İnsanlar, şişmə qayıqlarla küçələri aşdı.

2 SAATA ŞƏHƏR YOX OLDU

Teksas Quvernatoru Qreq Abbott, hadisənin başladığı 4 iyul səhərindən 18 saat sonra verdiyi mətbuat açıqlamasında, axtarış-xilasetmə əməliyyatlarının Bazar gününə qədər davam edəcəyini vurğuladı. Abbott, əməliyyatlara ayrılan resursların "məhdudiyyətsiz" olacağını qeyd etdi. ABŞ Prezidenti Donald Tramp isə Prezident təyyarəsi "Air Force One"da jurnalistlərə açıqlamasında, "Teksasdakı zərərçəkənlərlə maraqlanacağıq" deyərək federal yardım vəd etdi. Milli Hava Xidməti, San Antoniodan 105 kilometr şimal-qərbdə yerləşən Kerr qraflığı üçün fövqəladə vəziyyət elan etdi. Bölgədə qısa müddətdə təxminən 30 santimetr yağıntı düşdü. Kerrvill Bələdiyyə Başqanı Dalton Rays, fəlakətin sübh açılmadan, çox qısa müddətdə baş verdiyini və təxliyə xəbərdarlığı etməyə imkan olmadığını bildirdi. Rays, "Bu hadisə radarlar tərəfindən belə qabaqcadan proqnozlaşdırıla bilməyəcək qədər sürətlə inkişaf etdi. İki saatdan qısa müddətdə hər şey oldu" dedi.

24 NƏFƏR ÖLDÜ, 25 UŞAQ İTKİN DÜŞDÜ

Səlahiyyətlilər, Cümə axşamı bölgəni xəbərdar edərək qərbi və mərkəzi Teksasda şiddətli yağıntı və su daşqını riskinin olduğunu bildirmişdi. Lakin Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin direktoru U. Nim Kidd, "Proqnozlaşdırılan yağıntı miqdarı ilə faktiki yağıntı arasında böyük fərq var idi" dedi. Kerrvill daxil olmaqla bir çox qəsəbədə

4 iyul

bayram tədbirləri ləğv edildi. Kerr qraflığı şerifi Larri Leyta, seldə ölənlərin sayının səhər saatlarında 13 olduğunu, lakin axşam etibarilə bu rəqəmin 24-ə yüksəldiyini elan etdi. Bölgədəki bir xristian qızlar yay düşərgəsində isə 25 uşaq sulara qapılaraq itkin düşdü. Axtarış işləri davam edərkən 10 il əvvəl eyni düşərgədə bənzər bir hadisənin yaşandığı məlum oldu. Həmin vaxt da sel fəlakəti səbəbilə 10 uşaq itkin düşmüşdü. Düşərgənin 10 il əvvəlki fəlakətdən sonra hər hansı bir şəkildə selə qarşı qorunmadığı da aşkar edildi. Qonşu Kendall qraflığında tapılan bir cəsədin isə selə bağlı ölümlər arasında olub-olmadığı hələlik dəqiqləşməyib.

24 saat