“Abzas Media”nın həbsdə olan əməkdaşları 3 May – Beynəlxalq Mətbuat Azadlığı Günündə telefonlarına zəng çatmayan jurnalistlərdən yazıblar. Onlar yazıda həmçinin ictimaiyyətə birgə çağırış ediblər.
Yazını olduğu kimi təqdim edirik.
Məhbus maşınında yeddi jurnalist söhbət edirik. Söhbətin qızğın yerində yan kabində aparılan məhbuslardan biri sözümüzü kəsib soruşur ki, “siz haranın jurnalistlərisiz?”. “Abzas Media” deyən kimi təəccüblə qayıdır ki, “Bəs mən 8 aydır sizə bayırdan şikayət göndərirəm, niyə yaymırsınız?” Vətəndaşa izah edirik ki, 1 il 5 aydır həbsdəyik, ona görə göndərdiyi məktublar cavabsız qalır.
- Hə, demək telefonlarınza zəng çatmır və ya əhatə dairəsi xaricindədir?
- Elədir ki, var.
Onunla söhbətimizdən sonra qərara gəldik ki, sizə yazaraq azadlıqda axtardığınız müstəqil jurnalistləri niyə tapa bilmədiyinizi açıqlayaq.
Hər şey 2022-ci ildə qüvvəyə minən “Media haqqında” qanunla başladı. O vaxta qədər jurnalist kimi çalışmaq üçün kimdənsə, hansısa qurumdansa icazə almaq tələb olunmurdu. Amma yeni qanunla jurnalistlər Medianın İnkişafı Agentliyinin tərtib etdiyi Media Reyestrində qeydiyyatdan keçməli idilər.
Yalnız qeydiyyatdan keçən jurnalistlər mətbuat konfranslarına qatılıb rəsmi şəxslərə sual verə bilərdilər. Qanunla kimin jurnalist kimi işləyib-işləməyəcəyinə artıq hökümət qərar verirdi.
Media olaraq qeydiyyatdan keçmək üçün də saysız-hesabsız tələblər qoydular. Neçə işçi götürəcəyinə, neçə xəbər verəcəyinə, haradan maliyyələşib-maliyyələşməyəcəyinə hökumət qərar verirdi. Beləliklə qeydiyyat üçün də müraciət edən media orqanlarının əksəriyyəti “imtahandan” kəsildi. Daha sonra bu mediaları bağlamaq üçün məhkəməyə müraciət etdilər.
Hələ qanun müzakirə olunanda həmkarlarımızla Milli Məclisin qarşısında etiraz aksiyaları keçirib, mətbuat konfransları təşkil edirdik. Hiss edirdik ki, bu qanun müstəqil medianı məhv etmək üçün gələcəkdə əsas silaha çevriləcək. Etirazlarımız, tələblərimiz nəticəsiz qaldı, qanun qəbul olundu.
Qanunun qüvvəyə minməyindən heç bir il ötməmiş 2023-cü ilin noyabrında "Abzas Media"nın direktoru Ülvi Həsənli həbs olundu, medianın ofisi bağlandı. Ard-arda "Abzas"ın daha 5 əməkdaşı dəmir barmaqlıqlar arxasına göndərildi. Növbə "Kanal13", "Toplum TV", "Meydan TV"yə çatdı.
İl yarımdır davam edən repressiyalar nəticəsində 24 jurnalist həbsxana kameralarına göndərildi. Azərbaycan Avropa məkanında jurnalist həbslərinə görə Belarusdan sonra ikinci yerə qalxdı.
Bəs hökümət niyə jurnalistlərə "dəmir əl"ini qaldırdı?
Müstəqil jurnalistlərin çəkdiyi reportajlara baxanda çox güman ki, hər dəfə kameraya hücum edən bir əl görmüsünüz. O əl sonra jurnalistlərin vəsiqəsini alıb, ona xəsarət yetirib, bəzən də polisə təhvil verib, yekunda ondan əl çəkirdi.
Amma o əl bu dəfə jurnalistlərdən əl çəkmədi. Bizim çəkdiklərimizə baxan siz bəlkə də düşünürsünüz ki, o əl sahibinin jurnalistlə problemi var, şəxsi davalarıdır, amma əslində onun bu çəkilən kadrlara baxan sizdən qorxusu var deyə əlini dinc qoymurdu.
Siz ödədiyiniz vergilərin necə mənimsənildiyini, bu pullara prezident ailəsi başda olmaqla vəzifəli şəxslərin necə əl qoyduğunu görməyəsiniz deyə idi o hücumlar.
O əl həm də prezident, parlament, bələdiyyə seçkilərində peyda olurdu. Seçki saxtakarlığı, topa bülleten, karusel əməliyyatlarını sizə göstərməyək deyə məntəqə üzvləri özlərinə əl qatırdılar. O əl həm də polisin sıravi vətəndaşlardan tutmuş müxalifətçiyə qədər göstərdiyi fiziki zorkalıqları, aldığı rüşvətləri sizə göstərməyək deyə işə düşürdü.
Axırda hökumət qərara gəldi ki, əlinin üstündə əl olmamalıdır, yəni, verdiyi qərarları mübahisələndirəcək, sorğulayacaq bir azad media qalmamalıdır.
Müstəqil media cəmiyyətin maraqlarını hökumət qarşısında müdafiə etmək üçün mövcud olur. Amma hökumətə əksinə onun maraqlarını cəmiyyət üzərində müdafiə edəcək media lazım idi. O media ki, bahalığı, qiymət dəyişikliyini, qanunsuz sökülən evlərin yerində salınan parkları “inkişaf”, zorakılıq edən polisləri “qəhrəman” kimi təqdim etsin.
Hökümət vətəndaşın əlində-ovcunda olan pulu ondan vergi və məcburi abunəlik yolu ilə alıb onlara yalan xəbər verənlərin cibinə qoymaq yolunu seçdi. Vətəndaşlar özləri də fərqində olmadan onlara yalan xəbər verən, həqiqəti ört-basdır edənlərin maliyyə dəstəkçisinə çevrildilər. Bu gün televizoru açıb dəyişdiyiniz Azərbaycan kanallarının hamısı rəsmi və qeyri-rəsmi dövlət büdcəsindən maliyyələşirlər.
Hökümətin ələbaxımlı jurnalisti olmaq istəməyən azad media əməkdaşları isə onun “dəmir əl”i ilə üzləşdilər. Çünki hökümətin yürütdüyü siyasətə ictimai nəzarəti təşkil edən, onun qərarlarını saf-çürük edən yeganə jurnalistlər qalmışdı.
Qanunverici, məhkəmə hakimiyyəti icraedici orqan olan Prezidentin tam nəzarətinə keçmişdi. Vətəndaşların maraqlarını müdafiə edən qeyri-hökümət təşkilatları, siyasi partiyalar məhdudlaşdırıcı qanunlarla sonradan sıradan çıxarılmışdı. Meydanda sayı barmaq sayından da az olan azad media qalmışdı.
Onlar gəlirlərin ədalətli bölünmədiyini, korrupsiya hallarını, qanun qarşısında hər kəsin bərabər olmadığını, cinayət törədən məmurların cəzasız qaldığını, mülkiyyət hüququnun qorunmadığını, məhkəmə qərarı olmadan vətəndaşların başına uçurulan evləri göstərirdilər. Yüksək rifahdan danışan yetkililər vətəndaşların boş soyuducularını görmək istəmirdilər. Vətəndaşların maraqlarını, istədiklərini təmin etmək əvəzinə hökumət onları göstərən jurnalistləri həbs etməklə bu çağırışları gözardı etdi.
Əziz oxucular, artıq qarşılaşdığınız problemləri xəbər vermək üçün telefonu açıq olan jurnalist tapa bilmirsiniz. Hökumət sizi problemlərinizlə təkbaşına qoyub. Daha media vasitəsi ilə hökümətin siyasətinə təsir edə bilmirsiniz. Sizdən heç kim fikrinizi soruşmur. Bəs yığdığınız nömrələrə nə vaxt zəng çatacaq?
Əgər səsinizi eşitdirdiyiniz mediaların məhv edilməsini istəmirsinizsə, qarşılaşdığınız, şahidi olduğunuz problemləri mobil telefonuzla çəkərək azad media orqanlarının səhifələrinə göndərin. Müstəqil mediaların materiallarını paylaşmaqla hökümətin yaratmaq istədiyi “xəbər mühasirəsini” yarın. O telefonlara zəng çatana qədər o nömrələri yığmağa davam edin. Bir gün o telefonlar açılacaq.
P.S Əziz oxucular, biz bu yazını imzaya açıq qoyuruq. Məqalədə yazılanlarla razısınızsa, şərhlərə ad soyadınızı yazın, imzanız kimi qəbul edək.
Müəlliflər: Ülvi Həsənli, Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova
Oxucu Şərhləri
Sizə 'Telefonlarına zəng çatmayan jurnalistlərdən oxucularına müraciət' başlıqlı yazıya verilmiş şərhi cavablamaq tapşırılır. Şərh, 'Abzas Media əməkdaşları'nın qarşılaşdığı çətinliklərlə bağlıdır və 'appreciative' üslubda olmalıdır.
Orijinal şərh: "Bu məqalə üçün təşəkkür edirəm. Abzas Media əməkdaşlarının qarşılaşdığı çətinlikləri və mətbuat azadlığı ilə bağlı narahatlıqları aydın şəkildə ifadə edirsiniz. Xüsusilə, "Media haqqında" qanununun qəbul edilməsindən sonra müstəqil jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması və qeydiyyat prosesinin çətinlikləri ilə bağlı məlumatlar çox əhəmiyyətlidir. Bu cür tədbirlər, həqiqətən də, medianın müstəqilliyini təhdid edir. Beynəlxalq Mətbuat Azadlığı Günündə sizin bu mövzuda səsinizi eşitmək, bu mübarizənin vacibliyini bir daha xatırladır. Bu məsələnin ictimaiyyətin diqqətinə çatdırılması vacibdir."
Cavab:
Şərhinizi diqqətlə oxudum və düşünülmüş fikirlərinizə görə çox təşəkkür edirəm. "Abzas Media" əməkdaşlarının üzləşdiyi çətinlikləri və mətbuat azadlığı ilə bağlı narahatlıqları ifadə etdiyiniz üçün minnətdaram. Qeyd etdiyiniz kimi, "Media haqqında" qanununun qəbul edilməsi və sonrakı qeydiyyat prosesinin yaratdığı məhdudiyyətlər müstəqil jurnalistikanın gələcəyi üçün ciddi narahatlıq doğurur. Bu məsələlərin ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyini vurğulamağınız bizi daha da ruhlandırır. Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsində bu mövzuda səsimizin eşidilməsi, həqiqətən də mübarizənin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Fikirlərinizlə müzakirəyə dəyər qatdığınız üçün təşəkkürlər.
“Abzas Media”nın həbsdə olan əməkdaşları 3 May – Beynəlxalq Mətbuat Azadlığı Günündə telefonlarına zəng çatmayan jurnalistlərdən yazıblar. Onlar yazıda həmçinin ictimaiyyətə birgə çağırış ediblər. Yazını olduğu kimi təqdim edirik. Məhbus maşınında yeddi jurnalist söhbət edirik. Söhbətin qızğın yerində yan kabində aparılan məhbuslardan biri sözümüzü kəsib soruşur ki, “siz haranın jurnalistlərisiz?”. “Abzas Media” deyən kimi təəccüblə qayıdır ki, “Bəs mən 8 aydır sizə bayırdan şikayət göndərirəm, niyə yaymırsınız?” Vətəndaşa izah edirik ki, 1 il 5 aydır həbsdəyik, ona görə göndərdiyi məktublar cavabsız qalır. - Hə, demək telefonlarınza zəng çatmır və ya əhatə dairəsi xaricindədir? - Elədir ki, var. Onunla söhbətimizdən sonra qərara gəldik ki, sizə yazaraq azadlıqda axtardığınız müstəqil jurnalistləri niyə tapa bilmədiyinizi açıqlayaq. Hər şey 2022-ci ildə qüvvəyə minən “Media haqqında” qanunla başladı. O vaxta qədər jurnalist kimi çalışmaq üçün kimdənsə, hansısa qurumdansa icazə almaq tələb olunmurdu. Amma yeni qanunla jurnalistlər Medianın İnkişafı Agentliyinin tərtib etdiyi Media Reyestrində qeydiyyatdan keçməli idilər. Yalnız qeydiyyatdan keçən jurnalistlər mətbuat konfranslarına qatılıb rəsmi şəxslərə sual verə bilərdilər. Qanunla kimin jurnalist kimi işləyib-işləməyəcəyinə artıq hökümət qərar verirdi. Media olaraq qeydiyyatdan keçmək üçün də saysız-hesabsız tələblər qoydular. Neçə işçi götürəcəyinə, neçə xəbər verəcəyinə, haradan maliyyələşib-maliyyələşməyəcəyinə hökumət qərar verirdi. Beləliklə qeydiyyat üçün də müraciət edən media orqanlarının əksəriyyəti “imtahandan” kəsildi. Daha sonra bu mediaları bağlamaq üçün məhkəməyə müraciət etdilər. Hələ qanun müzakirə olunanda həmkarlarımızla Milli Məclisin qarşısında etiraz aksiyaları keçirib, mətbuat konfransları təşkil edirdik. Hiss edirdik ki, bu qanun müstəqil medianı məhv etmək üçün gələcəkdə əsas silaha çevriləcək. Etirazlarımız, tələblərimiz nəticəsiz qaldı, qanun qəbul olundu. Qanunun qüvvəyə minməsi ilə müstəqil media orqanlarının fəaliyyətinə nəzarət gücləndi. Bu qanun jurnalistika peşəsini dövlətin nəzarətinə almağı, jurnalistləri özündən asılı vəziyyətə salmağı hədəfləyirdi. Beləliklə, "Abzas Media" işi bu qanunun jurnalistika sahəsində yaratdığı məhdudiyyətlərin və müstəqil səsin boğulmasının real bir nümunəsi kimi çıxış edir. Jurnalistlərin fiziki və məsafəli kommunikasiya maneələri, onların cəmiyyətdən təcrid olunması ehtimalını gücləndirir. Bu vəziyyət, mətbuat azadlığının qorunması və jurnalist hüquqlarının təmin edilməsi üçün daha ətraflı müzakirələrə və tədbirlərə ehtiyac olduğunu aydın şəkildə göstərir.
Şərh Yaz