Gündəm 01.09.2025

Telefonlarına zəng çatmayan jurnalistlərdən oxucularına müraciət

Telefonlarına zəng çatmayan jurnalistlərdən oxucularına müraciət

“Abzas Media”nın həbsdə olan əməkdaşları 3 May – Beynəlxalq Mətbuat Azadlığı Günündə telefonlarına zəng çatmayan jurnalistlərdən yazıblar. Onlar yazıda həmçinin ictimaiyyətə birgə çağırış ediblər. 

Yazını olduğu kimi təqdim edirik.

Məhbus maşınında yeddi jurnalist söhbət edirik. Söhbətin qızğın yerində yan kabində aparılan məhbuslardan biri sözümüzü kəsib soruşur ki, “siz haranın jurnalistlərisiz?”. “Abzas Media” deyən kimi təəccüblə qayıdır ki, “Bəs mən 8 aydır sizə bayırdan şikayət göndərirəm, niyə yaymırsınız?” Vətəndaşa izah edirik ki, 1 il 5 aydır həbsdəyik, ona görə göndərdiyi məktublar cavabsız qalır.

       - Hə, demək telefonlarınza zəng çatmır və ya əhatə dairəsi xaricindədir?

       - Elədir ki, var.

Onunla söhbətimizdən sonra qərara gəldik ki, sizə yazaraq azadlıqda axtardığınız müstəqil jurnalistləri niyə tapa bilmədiyinizi açıqlayaq.

Hər şey 2022-ci ildə qüvvəyə minən “Media haqqında” qanunla başladı. O vaxta qədər jurnalist kimi çalışmaq üçün kimdənsə, hansısa qurumdansa icazə almaq tələb olunmurdu. Amma yeni qanunla jurnalistlər Medianın İnkişafı Agentliyinin tərtib etdiyi Media Reyestrində qeydiyyatdan keçməli idilər. 

Yalnız qeydiyyatdan keçən jurnalistlər mətbuat konfranslarına qatılıb rəsmi şəxslərə sual verə bilərdilər. Qanunla kimin jurnalist kimi işləyib-işləməyəcəyinə artıq hökümət qərar verirdi.

Media olaraq qeydiyyatdan keçmək üçün də saysız-hesabsız tələblər qoydular. Neçə işçi götürəcəyinə, neçə xəbər verəcəyinə, haradan maliyyələşib-maliyyələşməyəcəyinə hökumət qərar verirdi. Beləliklə qeydiyyat üçün də müraciət edən media orqanlarının əksəriyyəti “imtahandan” kəsildi. Daha sonra bu mediaları bağlamaq üçün məhkəməyə müraciət etdilər. 

Hələ qanun müzakirə olunanda həmkarlarımızla Milli Məclisin qarşısında etiraz aksiyaları keçirib, mətbuat konfransları təşkil edirdik. Hiss edirdik ki, bu qanun müstəqil medianı məhv etmək üçün gələcəkdə əsas silaha çevriləcək. Etirazlarımız, tələblərimiz nəticəsiz qaldı, qanun qəbul olundu.

Qanunun qüvvəyə minməyindən heç bir il ötməmiş 2023-cü ilin noyabrında "Abzas Media"nın direktoru Ülvi Həsənli həbs olundu, medianın ofisi bağlandı. Ard-arda "Abzas"ın daha 5 əməkdaşı dəmir barmaqlıqlar arxasına göndərildi. Növbə "Kanal13", "Toplum TV", "Meydan TV"yə çatdı.

İl yarımdır davam edən repressiyalar nəticəsində 24 jurnalist həbsxana kameralarına göndərildi. Azərbaycan Avropa məkanında jurnalist həbslərinə görə Belarusdan sonra ikinci yerə qalxdı.

Bəs hökümət niyə jurnalistlərə "dəmir əl"ini qaldırdı?

Müstəqil jurnalistlərin çəkdiyi reportajlara baxanda çox güman ki, hər dəfə kameraya hücum edən bir əl görmüsünüz. O əl sonra jurnalistlərin vəsiqəsini alıb, ona xəsarət yetirib, bəzən də polisə təhvil verib, yekunda ondan əl çəkirdi.

Amma o əl bu dəfə jurnalistlərdən əl çəkmədi. Bizim çəkdiklərimizə baxan siz bəlkə də düşünürsünüz ki, o əl sahibinin jurnalistlə problemi var, şəxsi davalarıdır, amma əslində onun bu çəkilən kadrlara baxan sizdən qorxusu var deyə əlini dinc qoymurdu.

Siz ödədiyiniz vergilərin necə mənimsənildiyini, bu pullara prezident ailəsi başda olmaqla vəzifəli şəxslərin necə əl qoyduğunu görməyəsiniz deyə idi o hücumlar.

O əl həm də prezident, parlament, bələdiyyə seçkilərində peyda olurdu. Seçki saxtakarlığı, topa bülleten, karusel əməliyyatlarını sizə göstərməyək deyə məntəqə üzvləri özlərinə əl qatırdılar. O əl həm də polisin sıravi vətəndaşlardan tutmuş müxalifətçiyə qədər göstərdiyi fiziki zorkalıqları, aldığı rüşvətləri sizə göstərməyək deyə işə düşürdü.

Axırda hökumət qərara gəldi ki, əlinin üstündə əl olmamalıdır, yəni, verdiyi qərarları mübahisələndirəcək, sorğulayacaq bir azad media qalmamalıdır.

Müstəqil media cəmiyyətin maraqlarını hökumət qarşısında müdafiə etmək üçün mövcud olur. Amma hökumətə əksinə onun maraqlarını cəmiyyət üzərində müdafiə edəcək media lazım idi. O media ki, bahalığı, qiymət dəyişikliyini, qanunsuz sökülən evlərin yerində salınan parkları “inkişaf”, zorakılıq edən polisləri “qəhrəman” kimi təqdim etsin. 

Hökümət vətəndaşın əlində-ovcunda olan pulu ondan vergi və məcburi abunəlik yolu ilə alıb onlara yalan xəbər verənlərin cibinə qoymaq yolunu seçdi. Vətəndaşlar özləri də fərqində olmadan onlara yalan xəbər verən, həqiqəti ört-basdır edənlərin maliyyə dəstəkçisinə çevrildilər. Bu gün televizoru açıb dəyişdiyiniz Azərbaycan kanallarının hamısı rəsmi və qeyri-rəsmi dövlət büdcəsindən maliyyələşirlər.

Hökümətin ələbaxımlı jurnalisti olmaq istəməyən azad media əməkdaşları isə onun “dəmir əl”i ilə üzləşdilər. Çünki hökümətin yürütdüyü siyasətə ictimai nəzarəti təşkil edən, onun qərarlarını saf-çürük edən yeganə jurnalistlər qalmışdı.

Qanunverici, məhkəmə hakimiyyəti icraedici orqan olan Prezidentin tam nəzarətinə keçmişdi. Vətəndaşların maraqlarını müdafiə edən qeyri-hökümət təşkilatları, siyasi partiyalar məhdudlaşdırıcı qanunlarla sonradan sıradan çıxarılmışdı. Meydanda sayı barmaq sayından da az olan azad media qalmışdı.

Onlar gəlirlərin ədalətli bölünmədiyini, korrupsiya hallarını, qanun qarşısında hər kəsin bərabər olmadığını, cinayət törədən məmurların cəzasız qaldığını, mülkiyyət hüququnun qorunmadığını, məhkəmə qərarı olmadan vətəndaşların başına uçurulan evləri göstərirdilər. Yüksək rifahdan danışan yetkililər vətəndaşların boş soyuducularını görmək istəmirdilər. Vətəndaşların maraqlarını, istədiklərini təmin etmək əvəzinə hökumət onları göstərən jurnalistləri həbs etməklə bu çağırışları gözardı etdi.     

Əziz oxucular, artıq qarşılaşdığınız problemləri xəbər vermək üçün telefonu açıq olan jurnalist tapa bilmirsiniz. Hökumət sizi problemlərinizlə təkbaşına qoyub. Daha media vasitəsi ilə hökümətin siyasətinə təsir edə bilmirsiniz. Sizdən heç kim fikrinizi soruşmur. Bəs yığdığınız nömrələrə nə vaxt zəng çatacaq?

Əgər səsinizi eşitdirdiyiniz mediaların məhv edilməsini istəmirsinizsə, qarşılaşdığınız, şahidi olduğunuz problemləri mobil telefonuzla çəkərək azad media orqanlarının səhifələrinə göndərin. Müstəqil mediaların materiallarını paylaşmaqla hökümətin yaratmaq istədiyi “xəbər mühasirəsini” yarın. O telefonlara zəng çatana qədər o nömrələri yığmağa davam edin. Bir gün o telefonlar açılacaq.

P.S Əziz oxucular, biz bu yazını imzaya açıq qoyuruq. Məqalədə yazılanlarla razısınızsa, şərhlərə ad soyadınızı yazın, imzanız kimi qəbul edək.

Müəlliflər: Ülvi Həsənli, Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova

Oxucu Şərhləri

Günay Orxanli
01.09.2025 08:38
Vay vay vay, bə bir az da "məhbus maşınında söhbət" edə-edə jurnalistlərin başına gələnləri öyrəndik. Həbsdəki "Abzas Media" əməkdaşlarının telefonları çatmır, hətta "bayırdan şikayət göndərən" vətəndaşın məktubuna da cavab verə bilmirlər. Sən demə, telefonlarımız "əhatə dairəsi xaricindədir" imiş, amma əsas səbəb bu yeni "Media haqqında" qanun deyilən şey imiş ki, artıq hökumət kimin jurnalist olacağına qərar verirmiş. Elə bilirdim, telefonlarımıza ancaq zəng çatmır, amma əslində bizim "zəngimiz" heç çatırmırmış!
Xədicə Ramizova
01.09.2025 07:43
Bu məqalə, "Abzas Media" əməkdaşlarının Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsində yaşadığı çətinlikləri və mətbuat azadlığı ilə bağlı mövcud durumu göz önünə gətirir. Qeydiyyat tələbləri və dövlət nəzarətinin artması kimi məsələlər müstəqil jurnalistikanın fəaliyyətini məhdudlaşdırdığını vurğulayır. Bu, jurnalistikanın cəmiyyətdəki rolunu və hesabatlılığın təmin edilməsi baxımından ciddi narahatlıq doğurur.
Rauf Şahbazli
01.09.2025 07:38
Bu məqalə, "Abzas Media" əməkdaşlarının yaşadığı çətinlikləri və mətbuat azadlığının mövcud vəziyyətini vurğulayır. Məhkumlar arasında söhbət zamanı yaranan bu dialoq, jurnalistlərin cəmiyyətlə əlaqə qurmaqda üzləşdiyi maneələri və "Media haqqında" qanununun müstəqil mətbuat üzərindəki təsirini aydın şəkildə ortaya qoyur. Bu, gələcəkdə jurnalistikanın müstəqilliyi və bu sahədə çalışanların hüquqları barədə daha geniş müzakirələrə səbəb ola biləcək mühüm bir məqamdır.
Orxan Fərmanli
01.09.2025 07:03
Bu məqaləyə görə minnətdaram. "Abzas Media" əməkdaşlarının yaşadığı çətinlikləri və mətbuat azadlığı ilə bağlı narahatlıqları belə açıq şəkildə ifadə etmələri təqdirəlayiqdir. Onların mövqeyini və ictimaiyyətə etdikləri çağırışı dəstəkləyirəm. Həbsdə olmalarına baxmayaraq, düşüncələrini bölüşməyə davam etmələri, mətbuatın əhəmiyyətini bir daha xatırladır. Bu qanunun müstəqil medianın fəaliyyətinə təsiri barədəki qeydləri isə olduqca düşündürücüdür.
Fərid Rzayev
01.09.2025 06:58
"Abzas Media" əməkdaşlarının bu mövzuda yazı yazması çox təsirlidir. Mətbuat azadlığının 3 May Beynəlxalq Mətbuat Azadlığı Günündə belə bir çağırış etmələri, onların bu sahədəki çətinliklərə və ədalətsizliyə qarşı mübarizəsini əks etdirir. Qanunvericilikdəki dəyişikliklərin müstəqil jurnalistikanı necə məhdudlaşdırdığını və bu vəziyyətin jurnalistlərin fəaliyyətinə necə təsir etdiyini aydın şəkildə ortaya qoyur. Bu cür açıq və dürüst paylaşım üçün təşəkkür edirəm.
Elnur Rzayev
01.09.2025 05:13
Bu məqalədə "Abzas Media əməkdaşları"nın Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsində etdiyi müraciət, müstəqil jurnalistikaya qarşı mövcud məhdudiyyətləri və dövlət nəzarətinin genişlənməsini aydın şəkildə ortaya qoyur. Əslində, bu məhdudiyyətlər birbaşa "Media haqqında" qanununun qəbul edilməsi ilə daha da gücləndi. Qanunun məqsədi jurnalistlərin fəaliyyətini tənzimləmək əvəzinə, onları dövlətə tabe etmək və müstəqil səsin boğulmasına səbəb olmaqdır. Jurnalistlərin qeydiyyatdan keçməli olması, mətbuat konfranslarına buraxılma şərtlərinin müəyyənləşdirilməsi, hətta maliyyə mənbələrinin belə dövlətin nəzarətinə verilməsi qanunun əsl mahiyyətini göstərir. Müstəqil medianın fəaliyyətinin məhdudlaşdırılması təkcə jurnalistlərin deyil, cəmiyyətin də informasiya almaq haqqının pozulması deməkdir. Bu vəziyyət, jurnalistlərin "telefonlarına zəng çatmaması" kimi metaforik ifadələrlə təsvir olunur ki, bu da onların ictimaiyyətlə əlaqəsinin kəsildiyini, fəaliyyətlərinin əngəlləndiyini göstərir.
Rauf İsmayılov
01.09.2025 05:07
Bu məqaləni oxuduqdan sonra, "Abzas Media əməkdaşları"nın bu durumu necə bir "məhkum maşını"nda müzakirə etmələri təsəvvürümə gəldi. Həqiqətən də, bu gün müstəqil jurnalistika yolunda mübarizə aparanlar üçün "telefon zəngləri"nin çatmaması, hətta zarafata çevrilməsi çox acınacaqlı bir haldır. Amma elə bu zarafatın içində də böyük bir həqiqət gizlidir. Medianın İnkişafı Agentliyinin yaratdığı "qanunlar" nəticəsində əsl jurnalistləri tapmaq çətinləşib, amma onların səsini də boğmaq mümkün olmayacaq. Ümid edirəm ki, bu çətin günlər tezliklə geridə qalacaq və jurnalistlərin telefonları həmişə "əhatə dairəsində" olacaq.
Nihat Məmmədli
01.09.2025 04:35
"Abzas Media əməkdaşları" tərəfindən qələmə alınan bu yazı, mətbuat azadlığı və jurnalistlərin üzləşdiyi çətinliklər barədə düşündürücü məqamları diqqətə çatdırır. Xüsusilə, yeni qanunvericiliyin jurnalistlərin fəaliyyətinə necə təsir etdiyi və müstəqil medianın qarşılaşdığı maneələr barədəki qeydlər müzakirəyə səbəb olur. Məqalədə qeyd olunduğu kimi, jurnalistlərin "əhatə dairəsi xaricində" olması təkcə texniki bir problem deyil, eyni zamanda daha dərin mənalar kəsb edə bilər.
Laləzar Nurlu
01.09.2025 04:30
Bu yazı Abzas Media əməkdaşlarının çətin vəziyyətini gözəl şəkildə əks etdirib. Düşünürəm ki, bu, müstəqil jurnalistikanın "əhatə dairəsi xaricində" olmasının ən dəqiq metaforik izahıdır. Qəribədir ki, jurnalistlər bir vaxtlar qanunları müzakirə edib etiraz edərkən, indi özləri qanunun "ətrafında" bir yerə toplanıb, telefonları çatmır. Bu, həm kədərli, həm də düşünülən bir vəziyyətdir. Ümid edək ki, bu "əhatə dairəsi" tezliklə genişlənəcək və onların səsləri yenidən eşidiləcək.
Əhməd Hüseynli
01.09.2025 04:30
Bu məqalə, "Abzas Media" əməkdaşlarının üzləşdiyi çətinlikləri və mətbuat azadlığına dair mövcud vəziyyəti aydın şəkildə ortaya qoyur. Jurnalistlərin cəmiyyətlə əlaqə qurmaqda çətinlik çəkdiyi, hətta vaxtilə əlçatan olduqları insanların belə onlara zəng edə bilmədiyi bir mühit təəssüf doğurur. "Media haqqında" qanununun qəbul edilməsi ilə başlayan məhdudiyyətlər, müstəqil jurnalistikanın fəaliyyətini necə sıxışdırdığını göstərir. Bu qanunun jurnalistləri dövlət qeydiyyatına tabe etməsi və bu prosesin müstəqil səsləri boğmaq üçün bir vasitəyə çevrilməsi narahatlıq doğurur. Məqalədəki hadisələr, mətbuat azadlığının qorunmasının nə qədər vacib olduğunu bir daha xatırladır.

Şərh Yaz