Maraqlı 05.12.2025

TOKİ sosial evlərin püşkatma tarixi 2026-cı ildə olacaq

TOKİ sosial evlərin püşkatma tarixi 2026-cı ildə olacaq

TOKİ sosial ev layihəsi: Müraciətlərin son tarixi yaxınlaşır

TOKİ sosial mənzil layihəsi kura çəkilişi - TOKİ sosial evlərin püşkatma tarixi - Türkiyədə TOKİ sosial ev layihəsi çərçivəsində mənzil sahibi olmaq istəyənlər üçün müraciətlərin son tarixi yaxınlaşır. Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə bağlı Toplu Yaşayış İdarəsi Başqanlığı (TOKİ) tərəfindən həyata keçirilən "Əsrin sosial ev layihəsi" ölkə vətəndaşları tərəfindən böyük maraqla qarşılanıb.

TOKİ mənzil kura tarixi və digər məlumatlar

Layihə üzrə müraciətlər 2025-ci il dekabrın 19-da başa çatacaq. Məlumatlara əsasən, ilk mənzillərin təhvili 2027-ci ilin mart ayından etibarən başlayacaq. TOKİ tərəfindən inşa ediləcək 1+1 və 2+1 mənzillərin kura tarixləri də açıqlanıb.

Kura mərhələləri və müqavilələrin imzalanması

TOKİ üzrə hüquq sahiblərinin müəyyənləşdirilməsi üçün kura mərasimi 2025-ci il dekabrın 29-dan 2026-cı il fevralın 27-dək davam edəcək. Mənzil seçimi üzrə kura isə 2026-cı ilin fevral ayından etibarən keçiriləcək. Daşınmaz əmlak satış müqavilələrinin imzalanmasına da 2026-cı ilin fevral ayından başlanılması planlaşdırılır.

TOKİ müraciət haqqı geri qaytarılacaqmı?

Hüquq sahibi olmayan vətəndaşların ödədiyi 5000 TL məbləğindəki müraciət haqqı geri qaytarılacaq.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz