İdman 07.07.2025

Trabzonsporun gündəmində İsveçli stoper Aleks Duqlas

Trabzonsporun gündəmində İsveçli stoper Aleks Duqlas
Yeni mövsümə güclü heyətlə başlamağı planlaşdıran Trabzonsporda transfer işləri sürətlə davam edir. İsveç mətbuatının yaydığı məlumata görə, Trabzonspor müdafiə xəttini gücləndirmək üçün İsveç yığmasının futbolçusu Alex Douglası transfer siyahısına daxil edib. Xəbərdə qeyd olunur ki, "bordo-mavililər" 25 yaşlı mərkəz müdafiəçisi üçün danışıqlara başlayıb. İsveçin aparıcı idman saytları Fotbollskanalen və Fotbolltransfers, Trabzonsporun Lech Poznan forması geyinən Douglası heyətinə qatmaq istədiyini yazıb. Oyunçu üçün hələlik rəsmi təklif edilməsə də, "bordo-mavililərin" marağının ciddi olduğu vurğulanır.

GƏNC YAŞDA DİQQƏT ÇƏKƏN KARYERA

İsveçin Stokholm şəhərində anadan olan və 1,90 sm boyu olan Alex Douglas futbola "Hammarby"nin aşağı yaş qruplarında başlayıb. Qısa müddət İspaniyada "San Roque"də çıxış etdikdən sonra ölkəsinə qayıdaraq "FC Stockholm Internazionale"nin formasını geyinib. 2022-ci ildə "Vasteras SK"ya transfer olan gənc mərkəz müdafiəçisi, burada göstərdiyi performansla diqqətləri cəlb edib və komandasının 2023-cü ildə Superettan çempionluğunu qazanmasında mühüm rol oynayıb. 2024-cü ilin yayında Polşanın köklü klublarından Lech Poznan'a transfer olan Douglas, yeni klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.

STATİSTİKALARI İLƏ ÖN PLANDA

Hava toplarındakı uğurlu oyunu ilə fərqlənən mərkəz müdafiəçisi, ötən mövsüm hava toplarının qazanılmasında 62 faizlik göstərici ilə diqqət çəkib. Oyun başına 2,5 top qazanma, 11 uğurlu müdaxilə və 14 təmizləmə ilə müdafiədəki effektivliyini nümayiş etdirib. Hazırda bazar dəyəri 2,5 milyon avro səviyyəsində olan isveçli futbolçunun transferi üçün Trabzonsporun təxminən 1,5-2 milyon avro arasında bonservis təklifi hazırlığında olduğu iddia edilir. Trabzonsporun müdafiə xəttindəki alternativlərini artırmaq üçün heyətinə qatmaq istədiyi Alex Douglasın transfer prosesinin yaxın günlərdə dəqiqləşməsi gözlənilir.

24 saat