Tramp: Putin-Zelenski sammitinə Avropa liderləri də dəvət oluna bilər
🎧 Audio: Bu yazı üçün səsli versiya hələ hazırlanmayıb.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Sosial Təhlükəsizlik Qanununun 90 illiyi münasibətilə keçirdiyi mərasimdə mətbuat nümayəndələrinə Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti qiymətləndirib. Prezident Tramp avqustun 15-i cümə günü Alyaskada Rusiya Prezidenti Putinlə baş tutacaq görüşünün əhəmiyyətinə diqqət çəkib. O, bu görüşün Rusiya-Ukrayna müharibəsinə son qoyacaq addımların atılması baxımından həyati əhəmiyyət daşıdığını qeyd edib.
Prezident Tramp Putinin sülhə razı olacağını düşünürəm, Ukrayna Prezidenti Volodimir Zelenskinin də eyni şəkildə sülhə gələcəyinə inanıram. O, əlavə edib: "Sabah vacib bir görüşümüz var, nə baş verəcəyini görəcəyik, lakin əsl vacib olan ikinci görüşdür." Zirvədən nəticənin nə olacağını hələ bilmədiyini bildirən Tramp, "Əgər pis bir görüş olarsa, çox tez başa çatacaq. Yaxşı bir görüş olarsa, çox yaxın gələcəkdə sülhə nail olarıq," deyə vurğulayıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz