Donald Tramp Putinə sərt xəbərdarlıq etdi: “Nələr olacağını görəcəksiniz”
ABŞ prezidenti
Donald Tramp Rusiya lideri Vladimir Putinə heç bir xüsusi mesaj verməyəcəyini, onun nə düşündüyünü artıq bildiyini bəyan edib. Tramp qeyd edib ki, Putin öz qərarını verəcək və əgər bu qərar onu qane etməsə, "nələr olacağını görəcəksiniz".
Tramp həmçinin rus qüvvələrinin santimetrlik addımlarla irəlilədiyini və hər kəsi bombardman edib qətlə yetirdiyini vurğulayıb.
Tramp Hamasdan girovları azad etməsini tələb etdi
Donald Tramp Həmas təşkilatına çağırış edərək, əlindəki 20 girovun hamısını azad etməyi tələb edib. O, girovların azad ediləcəyi təqdirdə, vəziyyətin sürətlə dəyişəcəyini və bu məsələnin sona çatacağını bildirib. Trampın
Qəzza zolağındakı humanitar böhran barədə şərh vermədən, yalnız girov məsələsinə fokuslanması diqqət çəkib.
Zelenski Qərb ölkələrini Rusiyaya qarşı sanksiyaları artırmağa çağırdı
Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrini
Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə çağırıb. Danimarka mətbuatına görə, Kopenhagda Marienborgda Baş nazir Mette Frederiksenlə birgə mətbuat konfransı keçirən Zelenski,
Rusiya iqtisadiyyatının "pis vəziyyətdə" olduğunu bildirib.
Zelenski, Ukrayna ilə
Rusiya arasında daimi sülh üçün ölkəsinin təhlükəsizlik təminatlarına ehtiyac duyduğunu bir daha vurğulayıb və ABŞ-ın bu təminatlara "töhfə verməyə hazır" olduğunu qeyd edib. Zelenski, ABŞ prezidenti
Donald Trampa güvənib-güvənmədiyi ilə bağlı suala birbaşa cavab verməsə də, ABŞ-ın dəstəyinə görə minnətdar olduğunu bildirib. O, ABŞ-ın Rusiya prezidenti Vladimir Putinə sülh danışıqları üçün təzyiq edə biləcəyini və bu məsələni Trampla yenidən müzakirə edəcəyini qeyd edib. Zelenski, ABŞ və Avropa ölkələrindən daha çox maddi və hərbi dəstək gözlədiklərini ifadə edərək, ölkəsinin ərazi bütövlüyündən imtina etməyəcəyini söyləyib.
Danimarka Baş naziri Frederiksen isə Ukrayna üçün ən əsas məsələnin təhlükəsizlik təminatları olduğunu bildirib. O, Danimarkanın Ukraynaya verdiyi dəstəyi xatırladaraq, gələcəkdə təhlükəsizlik təminatlarının bəlkə də ən vacib hissəsinin (Ukraynanın) güclü, təchizatlı və təlim keçmiş bir orduya sahib olmasını təmin etmək olduğunu qeyd edib. Frederiksen, Ukraynanın yalnız öz gələcəyi üçün deyil, bütün Avropanın gələcəyi üçün mübarizə apardığını vurğulayıb.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz