ABŞ-ın Ticarət Siyasəti və Yaponiya ilə Münasibətlər
ABŞ prezidenti Donald Tramp Florida səfərindən dönüşdə "Air Force One" təyyarəsində jurnalistlərin suallarını cavablandırıb. Prezident, tarif güzəştlərinin 9 iyuldan sonraya uzadılmayacağını qəti şəkildə bildirib.
O, Yaponiya ilə yeni bir
ticarət razılaşmasının mümkünlüyünə əmin olmadığını vurğulayıb. Tramp iddia edib ki, Yaponiya və digər ölkələr 30-40 ildir ki, ABŞ-ı istismar edərək azğınlaşıblar. Prezident qeyd edib ki, Yaponiya ehtiyacı olduğu halda ABŞ-dan düyü almır, eyni zamanda milyonlarla avtomobil ixrac etsə də, ABŞ-dan heç bir avtomobil idxal etmir. Donald Tramp Yaponiya ilə əla tərəfdaşlıqları olmasına baxmayaraq, bu ölkənin iqtisadi mübadilələr sahəsində ABŞ-a qarşı ədalətsiz davrandığını müdafiə edib. O, "Bu günlər geridə qaldı. Biz onlara məktub yazacağıq və bildirəcəyik ki, bizə lazım olanları etməyəcəklərini bildiyimiz üçün 30, 35 faiz və ya müəyyən etdiyimiz digər rəqəmdə
tarif ödəyəcəklər. Çünki Yaponiya ilə də böyük bir ixrac-idxal kəsirimiz var və bu, Amerika xalqı üçün çox ədalətsiz bir vəziyyətdir" deyə vurğulayıb. Donald Tramp ABŞ-da fəaliyyət göstərmək istəyən ölkələrə məktublar göndərərək ödəməli olduqları əlavə rüsumlar barədə məlumat verəcəklərini bir daha təkrarlayıb.
ABŞ Mərkəzi Bankına Sərt Tənqidlər
Donald Tramp ABŞ-da inflyasiyanın olmadığını və faiz dərəcələrinin azaldılmasının vacibliyini bildirib. O, faiz dərəcələrində 3 bənd endirimin həyata keçirilməməsinin ölkəyə təxminən 1 trilyon dollara başa gələcəyini izah edib. ABŞ
Mərkəzi Bankının (Fed) sədri Cerom Pauellə bağlı "Lakin bizim bir axmağımız var" ifadəsini işlədən ABŞ prezidenti, Pauellin yerinə keçə biləcək 2-3 namizəd müəyyənləşdirdiyini də qeyd edib.
24 saat