ABŞ prezidenti Donald Trampın
Qrenlandiya adasını Birləşmiş Ştatlara qatmaq niyyəti, bu qütb adasına olan marağı artıraraq Amerikalılar üçün yeni imkanlar yaratdı. Birləşmiş Ştatlardan cəmi 1500 kilometr məsafədə yerləşməsinə baxmayaraq, buzla örtülü bu adaya çatmaq əvvəllər demək olar ki, mümkün deyildi. Lakin United Airlines şirkəti, Nyuarkdan
Qrenlandiyanın paytaxtı Nuuka
birbaşa uçuşlara başladı.
ABŞ-dan Qrenlandiyaya 20 İldən Sonra İlk Birbaşa Səfərlər
60 mindən az insanın yaşadığı Qrenlandiyaya artıq ABŞ-dan birbaşa uçuşlar mövcuddur. Turizm potensialını artırmaq məqsədi ilə Şimali Amerika bazarını hədəfləyən Qrenlandiya isə yeni uçuş zolaqları ilə qütb macərasına qapı açır. Amerikalılar indi tək bir
birbaşa uçuşla bu adaya səyahət edə biləcəklər. Nyu-Cersidən Nuuka birbaşa səfər cəmi 4 saat çəkəcək və 14 İyundan başlayacaq. Bu səfər, 20 ildən sonra ABŞ-dan adaya edilən ilk uçuş kimi tarixə düşəcək. İlk uçuşun yolçuları artıq bəlli olub: Eugene Ngai, həyat yoldaşı Kendra Johnson və onların 16 aylıq qızları Nora.
ABŞ Prezidenti Trampın Ada Marağı və Turizm Perspektivləri
Qrenlandiyanı gündəmində ilk sıralarda saxlayan ABŞ prezidenti Donald Tramp, o zaman adanı satın almaq niyyətində olduğunu bildirmişdi. Lakin Trampın bu istəyi, 300 ildən artıqdır ki,
Danimarkaya bağlı olan bu muxtar bölgə tərəfindən rədd edilmişdi. Ekspertlər, illər sonra adaya ediləcək bu ilk səfərin Qrenlandiya üçün turizmin qapılarını geniş açacağını ifadə edirlər. Bu buz adasını turizm mərkəzinə çevirmək niyyətində olan səlahiyyətlilər, bu il iki yeni hava limanı layihəsinin də tamamlanacağına ümid edirlər.
Şimali Amerika Bazarı ilə Əlaqələrin Gücləndirilməsi
ABŞ bazarına açılmaq istəyən
Qrenlandiya, bu əlaqələri inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Keçən il Qrenlandiyaya təyyarə ilə 2600 nəfər, kruiz gəmiləri ilə isə 47500 nəfər səyahət etmişdi. Qrenlandiya Hava Limanlarının baş icraçı direktoru Jens Lauridsen, bu uçuşların Şimali Amerika ilə əlaqələrini gücləndirəcəyini və bunun onların ən böyük arzusu olduğunu bildirib. Yeni 2200 metrlik uçuş zolağı və hava limanı terminalının yerli iqtisadiyyatı canlandıracağı da gözləntilər sırasındadır.
24 saat