Gündəm 30.06.2025

Trampın hədəfində sosialist müsəlman namizəd: "Sakit oturacaq"

Trampın hədəfində sosialist müsəlman namizəd: "Sakit oturacaq"

Nyu-Yorkun sosialist müsəlman bələdiyyə sədri namizədi artıq ABŞ prezidenti Donald Trampın hədəfinə çevrilib.

ABŞ prezidenti Donald Tramp, Demokrat Partiyasından Nyu-York Bələdiyyə Sədri namizədi Zohran Mamdani barədə “seçilsə, özünü ağıllı aparsın, əks halda onun maliyyəsini kəsərəm” deyib. Tramp Mamdanini kommunist adlandırıb.

Prezident “Fox News”də verdiyi müsahibədə Mamdanini tənqid etməyə davam edərək bildirib: “Onun seçiləcəyini düşünmürəm, amma tutaq ki, seçildi. Prezident mən olacağam və o, yaxşı davranmalı olacaq. Əks halda, federal pul olmayacaq. O, sakit durmalıdır.”

ABŞ prezidenti Donald Tramp onu bir daha kommunist adlandırıb və əlavə edib ki, Mamdani Nyu-York Bələdiyyə Sədri olarsa, şəhərə zərər verəcək.

KOMMUNİST DEYİL, DEMOKRATİK SOSİALİST

Lakin Zohran Mamdani kommunist olması ilə bağlı iddiaları rədd edib. NBC-nin “Meet the Press” proqramında çıxış edən Mamdani, Trampın ona xarici görünüşü, danışıq tərzi və müsəlman mənşəyi üzərindən hücum etdiyini bildirib.

Zohran Mamdani qeyd edib: “Prezident kimliyim barədə danışaraq, diqqəti müdafiə etdiyim məsələlərdən yayındırmaq istəyir.”

Özünü demokratik sosialist kimi təqdim edən Mamdani bu görüşün ilhamını doktor Martin Lüter Kinqin sözlərindən aldığını deyib.

O, “Bu ölkədə Tanrının bütün övladları üçün daha ədalətli sərvət bölgüsü olmalıdır” sözlərini təkrarlayıb.

BU QƏDƏR MİLYARDER OLMAMALIDIR

Zohran Mamdani ABŞ prezidentinin ona qarşı təhdidlərinin müdafiə etdiyi populist siyasəti kölgədə qoya bilməyəcəyini vurğulayıb. O, əlavə edib: “Mən prezidentin gücləndirmək üçün yola çıxdığı, lakin sonra tək qoyduğu əməkçi xalq üçün mübarizə aparıram.”

Nyu-Yorkda gəlir bərabərsizliyinin azalmadığına, əksinə artdığına diqqət çəkən Mamdani, milyarderlərin varlığını bu ədalətsizliyin simvolu kimi qiymətləndirdiyini bildirib.

O deyib: “Bu qədər bərabərsizlik varkən milyarderlər olmamalıdır. Əlbəttə ki, hər kəslə, hətta milyarderlərlə belə işləyərək daha ədalətli bir şəhər qurmaq istəyirəm.”

Mamdani, hər bir fərdin inkişaf edə biləcəyi bir Nyu-York arzuladığını deyib.

24 saat