Kai Tramp yeni geyim kolleksiyasının təqdimatını Ağ Evin qazonunda keçirdiyi fotosessiya ilə elan edib. Gənc sahibkar "Bu kolleksiya uzun müddətdir ki, xəyalını qurduğum bir layihə idi. Nəhayət gerçəkləşdiyi üçün çox xoşbəxtəm" deyə bildirib.
Brendin ilk məhsulları arasında yer alan sviterlər qara, ağ və tünd göy rəng seçimləri ilə satışa təqdim edilib. Məhsulların üzərində Kai Trampın adı və ya baş hərfləri yer alır və hər biri 130 dollar (təxminən 5400 TL) qiymət etiketi ilə satılır.
DEDƏSİ ABŞ PREZİDENTİ DONALD TRAMP İLƏ BİRLİKDƏ POZ VERDİ
Cümə günü Kai Tramp dedəsi ABŞ prezidenti Donald Tramp ilə birlikdə "Marine Force One" helikopterinə minməzdən əvvəl öz brendinə aid sviter geyinərək obyektivlərə poz verib. Bu kadr geyim kolleksiyasının təqdimatında ən çox danışılan detallardan biri olub.
TRAMP AİLƏSİNİN SƏRVƏTİ SÜRƏTLƏ ARTIR
Kai Trampın bu ticarət təşəbbüsü Tramp ailəsinin işgüzar fəaliyyətindəki böyümənin yeni bir hissəsidir. Ailənin böyük oğulları Donald Tramp kiçik və Erik Tramp atalarının ikinci prezidentlik dövründə ailənin əmlak imperiyasını daha da genişləndiriblər. Digər tərəfdən, Tramp ailəsinin buraxdığı bir neçə "meme coin"in ümumi bazar dəyəri bu ay etibarilə 5 milyard dollara çatıb.
Oxucu Şərhləri
Şərh Yaz