Trampın Putin görüşü ilə bağlı narahatverici bəyanatı
🎧 Audio: Bu yazı üçün səsli versiya hələ hazırlanmayıb.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib açıqlamalar verib. O, bölgədə davam edən münaqişənin gələcəyi barədə danışıb.
Tramp avqustun 15-də Alyaskada baş tutacaq görüşdən ümidli olduğunu və bu müharibənin tezliklə başa çatmasını arzuladığını bildirib. O, Rusiya lideri Vladimir Putinlə keçirəcəyi danışıqların "çox konstruktiv" olacağına inandığını, lakin hazırda nəticəni bilmədiyini vurğulayıb.
Donald Tramp qətiyyətlə bəyan edib: "Vladimir Putinlə görüşə gedirəm və ona deyəcəyəm: Bu müharibəni bitirməlisən."
Çıxışının bir hissəsində Alyaska əvəzinə "Rusiyaya gedəcəyəm" deyən keçmiş prezident, sonrakı ifadələrində Putinin Amerika torpaqlarına gələcəyini və bunun "hörmətə layiq" bir hal olduğunu qeyd edib. O, Rusiya-Ukrayna müharibəsinin regiona vurduğu ziyanın böyük olduğunu vurğulayıb.
Donald Tramp Putinlə görüşündən atəşkəs əldə olunmasına ümid etdiyini vurğulayıb. Lakin o, danışıqlardan nə çıxacağını və Putinin ağlında nə olduğunu hələ bilmədiyini qeyd edərək, "Putinlə görüşümün yaxşı keçəcəyini düşünürəm, amma pis də keçə bilər" deyib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz