İstanbulda Ziraat Türkiye Kupası 3-cü Eleme Turunun püşkatma mərasimi keçirilib.
Türkiyə Futbol Federasiyasının (TFF) Riva Hasan Doğan Milli Komandalar Kamp və Təlim Təsislərindəki Orhan Saka Konfrans Salonunda baş tutan püşkatma mərasiminə TFF 1-ci vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü, Türkiyə milli komandası və Super Liqadan məsul İdarə Heyətinin üzvü Mecnun Otyakmaz, Strateji Planlaşdırma və İnkişafdan Məsul İdarə Heyətinin üzvü Mövlud Aktan, 2-ci və 3-cü Liqa Klublarından Məsul İdarə Heyətinin üzvü Murat Şahin, İdarə Heyətinin üzvü Fazlı Çilingir, İdman İşləri üzrə Baş Katibin müavini Özcan Şepik, Ziraat Bankı rəsmiləri və klub təmsilçiləri qatılıblar.
Püşkatma mərasimi öncəsi açıqlama verən Mecnun Otyakmaz, bunları qeyd edib:
"Bu il 64-cü dəfə təşkil etdiyimiz Ziraat Türkiye Kupasında qrup mərhələsinə addım-addım yaxınlaşırıq. Türkiyə Kuboku, meydandakı rəqabətlə yanaşı, həmrəylik, qardaşlıq və fair-play ruhunu da özündə ehtiva edir. Kubokda, həvəskardan peşəkara qədər hər oyunçumuz eyni həyəcanı yaşayır. Gənclərimizə ilham olan Ziraat Türkiye Kuboku, futbol həvəskarı ölkəmizin hər yerindən komandaları eyni təşkilatda bir araya gətirir. Futbolumuzun birləşdirici gücünə nümunə olan kubokumuz, bütün liqalarımızdakı komandalara da yer verərək əhatəliliyini göstərmiş olur. Bildiyiniz kimi daha əvvəl püşkün regional olması tələbi var idi. Bundan əvvəlki iki turda siz dəyərli klublarımızın bu tələblərini yerinə yetirmə fürsəti tapdıq. Ancaq bu turdan etibarən hər hansı bir ədalətsizlik olmaması düşüncəsi ilə püşkatmanı artıq ümummilli səviyyədə edəcəyik."
Kubokda 3-cü tur eleme matçları tək oyunluq sistemlə 28, 29 və 30 oktyabrda keçiriləcək.
Ziraat Türkiye Kupası 3-cü tur cütlükləri
Ziraat Türkiye Kupasında 3-cü eleme turu cütlükləri bu şəkildə formalaşıb:
TÜMOSAN Konyaspor - 12 Bingölspor
Esenler Erokspor - Ağrı 1970 SK
Orduspor 1967 - Merkür Jet Erbaaspor
Fatsa Belediyespor - İmaj Altyapı Vanspor FK
Beykoz Anadoluspor - Yalova FK 77
Astor Enerji Çankaya SK - KCT 1461 Trabzon FK
Kepezspor - Özbelsan Sivasspor
Erciyes 38 Futbol SK - Emre Gökdemir İnşaat Ankara Keçiörengücü
Arca Çorum FK - Kütahyaspor
Kahramanmaraşspor - Eminevim Ümraniyespor
52 Orduspor FK - SMS Grup Sarıyer
Bursa Yıldırımspor - Corendon Alanyaspor
Zonguldakspor FK - Sipay Bodrum FK
Hesap.com Antalyaspor - Bursaspor
Karacabey Belediyespor - Malatya Yeşilyurt SK
Muşspor - Menemen FK
Silifke Belediyespor - Amed Sportif Faaliyetler
Zecorner Kayserispor - Niğde Belediyesispor
1926 Bulancakspor - Alagöz Holding Iğdır FK
Atko Grup Pendikspor - Çorluspor 1947
Karaköprü Belediyespor - Çaykur Rizespor
Gaziantep FK - Karabük İdmanyurdu
Dersimspor - Fethiyespor
Sakaryaspor - Sultan Su İnegölspor
Aliağa Futbol - Serikspor
Isbaş Isparta 32 SK - Beyoğlu Yeni Çarşı Spor Faaliyetleri
Manisa FK - Muğlaspor
Kahta 02 - Kasımpaşa
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz