Gündəm 17.07.2025

Türkiyənin qaçındığı mövzu müzakirəyə çıxdı

Türkiyənin qaçındığı mövzu müzakirəyə çıxdı

Süveyda vilayəti “fəlakət zonası” elan edildi

İsraillə sıx əməkdaşlıqda olan Dürzi Şeyxi Hikmət əl-Hicri Suriyanın cənubundakı Süveyda vilayətini “fəlakət zonası” elan edib. Şeyx Hicri əlavə edib ki, bölgədəki humanitar vəziyyətin ağırlaşması səbəbindən kürd qardaşlarımıza çatan bir dəhliz açılmalıdır. Bu, zərərsiz görünən bir təklif olsa da, Türkiyənin Suriyada ən çox istəmədiyi ssenarini yenidən gündəmə gətirdi.

Türkiyənin rədd etdiyi plan: Davud Dəhlizi

Əl-Hicrinin rəsmilərdən kürd qüvvələrinin nəzarətindəki bölgələrə gedən yolların açılmasını tələb etməsi, Cənubi Suriyadan YPG-yə bağlı Suriya Demokratik Qüvvələrinin (SDQ) yerləşdiyi şərq Suriyaya birləşən “Davud Dəhlizi” ilə bağlı şayiələri yenidən canlandırdı. Bu dəhliz vasitəsilə İsrail həm Süveydadakı Dürzilərə, həm də SDQ-yə yardım və əsgər göndərə biləcək. Həmçinin, bu marşrut İsrailin əsas düşməni olan İranla bir quru əlaqəsi yaradacaq. Bu vəziyyət, İsrailin SDQ-ni, tıpkı Dürzi milislərinin çatı təşkilatı olan Süveyda Hərbi Şurasını (ŞHŞ) dəstəklədiyi kimi, himayə etməsi mənasına gələ bilər.

Türkiyə unitar Suriyanı qorumaq üçün belə bir planı qətiyyən istəmədiyini açıq şəkildə bildirmişdi. Rəsmi Ankaranın mövqeyinə görə, belə bir layihə, İsrail və Türkiyəni birbaşa qarşı-qarşıya gətirəcəkdir.

Süveydada artan gərginlik və ölümlər

Əl-Hicri İordaniya Kralı II Abdullaha müraciət edərək, “Mövcud humanitar şərait nəzərə alınaraq, Süveyda ilə İordaniya arasında bir sərhəd keçidinin açılması barədə göstəriş verilməsini xahiş edirəm” dedi.

Şeyx əl-Hicri son toqquşmaları “vəhşi bir cinayət” adlandırdı və “Süveyda torpağında axıdılan təmiz qan hədər getməyəcək, bu qan izzətə və müqavimətə işıq olacaq” ifadələrini işlətdi. Bu əsnada, sosial mediada Dürzilərin Süveyda şəhərində yaşayan Bədəvi xalqını şəhərdən qovduğu və bir hissəsini edam etdiyi görüntülər yayıldı.

24 saat