TRANSFER RƏQABƏTİ Thomas ParteyİN BÖYÜK PROBLEMİ İLƏ KƏSİLİB
Türkiyə Super Liqasında transfer mövsümü qızğın şəkildə davam edərkən, ölkənin üç nəhəng klubu – “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray” yarımmüdafiəçi transferi uğrunda gərgin rəqabətə girmişdi. İngiltərə “Arsenal”ının qanalı ulduzu Thomas Partey bu klubların əsas hədəfində idi. Lakin futbolçunun adı böyük hüquqi problemlərlə hallandığından transfer danışıqları kölgədə qalıb.
Thomas ParteyƏ QARŞI AĞIR İTTİHAMLAR VƏ MƏHKƏMƏ PROSESİ
“Topçular”la müqaviləsi başa çatan Qanalı yarımmüdafiəçi Thomas Partey beş təcavüz və bir cinsi təcavüz ittihamı ilə üzləşib. Bu ağır ittihamlar səbəbindən futbolçu Vestminster Məhkəməsində hakim qarşısına çıxacaq. Hadisə İngiltərə futbol ictimaiyyətində böyük rezonans doğurub.
İngiltərə Kral Prokurorluğu Xidmətinin nümayəndəsi Andi Furfi məsələ ilə bağlı açıqlama verib. O bildirib: “Əsas prioritetimiz şikayət edən qadınlara davamlı dəstək verməkdir. Biz bu hadisədən zərər çəkən və ya məlumat sahibi olan hər kəsdən prokurorluqla əlaqə saxlamasını xahiş edirik. İstintaqla bağlı hər hansı bir məlumatınız varsa, bizimlə əlaqə qura bilərsiniz.”
Futbol klubu olaraq “Arsenal”ın mövqeyi hələlik bəlli deyil, lakin bu hadisənin Partey-in karyerasına ciddi təsir göstərəcəyi gözlənilir.