UEFA-dan "Kristal Pelas" və "Olimpik Lyon" qərarı
UEFA,
çoxklublu mülkiyyət prinsiplərinin pozulması ilə bağlı İngiltərənin "Kristal Pelas" və Fransanın "Olimpik Lyon" klubları barədə mühüm qərarlar qəbul edib. UEFA Kulub Maliyyə Nəzarət Komissiyası (CFCB) tərəfindən verilən qərar, iki klubun 2025-2026 mövsümündə Avropa turnirlərindəki iştirakına ciddi təsir göstərib.
"Kristal Pelas"ın taleyi: Avropa Liqasından Konfrans Liqasına
İngiltərə Federasiya Kubokunun cari çempionu olan "Kristal Pelas"ın 2025-2026 mövsümündə
UEFA Avropa Liqasına qatılma tələbi rədd edilib. Komissiya, klubun
çoxklublu mülkiyyət qaydalarını pozduğu qənaətinə gəlib. Nəticədə, "Kristal Pelas"ın 2025-2026-cı illər mövsümündə UEFA Konfrans Liqasına iştirak etməsinə icazə verilib. Bununla da, klub Avropa Liqasından bir pillə aşağı endirilmiş oldu. İngiltərə Premyer Liqasında keçən mövsümü yeddinci yerdə başa vuran "Nottingham Forest" isə "Kristal Pelas"ın yerini tutaraq
UEFA Avropa Liqasında mübarizə aparacaq.
"Olimpik Lyon"un vəziyyəti: Əvvəl cəza, sonra iştirak
Fransa Birinci Futbol Liqasından (Ligue 1) düşürülmə cəzası ləğv edilən "Olimpik Lyon"un 2025-2026 mövsümündə
UEFA Avropa Liqasına qatılması CFCB tərəfindən təsdiqlənib. Xatırladaq ki, Fransız peşəkar futbol klublarının maliyyə fəaliyyətini yoxlayan Ulusal İdarəetmə Nəzarət Müdirliyi, iyunun 24-də "Olimpik Lyon" barədə ikinci liqaya endirilmə qərarı vermişdi. Kluba 500 milyon avronu aşan borcları səbəbindən maliyyə tələblərini yerinə yetirə bilmədiyi və lazımi zəmanətləri təqdim edə bilmədiyi irad tutulmuşdu. Lakin iyulun 9-da verilmiş bu cəza qərarı ləğv edildi və "Lyon"un yüksək liqada qalması təmin olundu. Klubun
Federasiya Kuboku uğrunda mübarizəsi və digər turnirlərdəki iştirakı klubun maliyyə vəziyyətini daha da yaxşılaşdıra bilər.
24 saat