Yapay Zəka Qadağası İki Əsəri Prestijli Kitab Mükafatından Kənarlaşdırdı
Stephanie Johnson-un “Obligate Carnivore” və Elizabeth Smither-in “Angel Train” əsərləri ölkənin ən nüfuzlu kitab mükafatlarından biri olan Jann Medlicott Akorn Bədii Ədəbiyyat Mükafatına namizəd göstərilmişdi. Lakin sonradan kitabların üz qabığında süni intellekt tərəfindən yaradılmış təsvirlərin istifadə olunduğu aşkarlandı və hər iki əsər yarışmadan kənarlaşdırıldı.
Yeni Zelandiya Kitab Mükafatları Vəqfi, bu ilin avqust ayında yarışmaya təqdim ediləcək əsərlərdə məzmun və ya üz qabığında süni intellekt istifadəsini tamamilə qadağan edən yeni qayda elan etmişdi. Bu qərarın ardınca gələn diskvalifikasiya ədəbiyyat dünyasında böyük əks-səda doğurdu.
Kitab Satıcısı Məlumat Verdi, Diskvalifikasiya Qərarı Verildi
Diskvailifikasiya qərarı, bir kitab satıcısının üz qabıqlarındakı təsvirlərin süni intellekt tərəfindən yaradıldığını bildirməsi ilə gündəmə gəldi. Nəşriyyat evi Quentin Wilson Publishing, süni zəka istifadə edildiyini təsdiqləyərək, kitabların yeni qaydaya zidd olduğunu qəbul etdi. Lakin nəşriyyat, bu əsərlərin qayda dəyişikliyindən əvvəl yarışmaya təqdim edildiyini vurğulayaraq qərardan kədərləndiyini bildirdi.
Nəşriyyatdan The Guardian-a verilən açıqlamada, “Hörmətli iki müəllifin mükəmməl bədii əsərlərinin, tamamilə yazının özündən kənar bir səbəbdən belə bir problemlə bağlı anılması hamımız üçün üzücüdür” ifadələri yer aldı.
"Yaradıcı Bütünlüyümüzü Qorumağın Yolu"
Auckland-dakı Unity Books-un rəhbəri Chloe Blades, süni zəkaya qarşı gətirilən bu məhdudiyyətləri müdafiə etdi. Blades, kitab üz qabıqlarının həssas və empatik insanlar tərəfindən yaradılmış sənət məhsulları olduğunu, süni intellektin bu keyfiyyətləri təqdim edə bilməyəcəyini qeyd edərək dedi: “Üz qabığı dizaynı, eynilə kitabın yazılması kimi yaradıcı bütünlüyümüzü qorumağın bir yoludur.”
Diskvailifikasiya edilən müəlliflərdən Stephanie Johnson, yaradıcı sahələrdə süni zəka istifadəsinə qarşı etibarsızlığını vurğularkən, yaşananları istehzalı adlandırdı. Kitabının məzmununda süni zəka istifadə etmədiyini və heç vaxt istifadə etməyəcəyini deyən yazar, “Kitabım haqqında danışmaq əvəzinə yenə süni zəkanı müzakirə edirik ki, buna nifrət edirəm” sözləri ilə etirazını ifadə etdi.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz