İdman 10.07.2025

Vimbldon: Dünya birincisi məğlub oldu

Vimbldon: Dünya birincisi məğlub oldu

Vimbldon turnirində qadınların yarımfinal görüşləri

İngiltərənin paytaxtı London şəhərində keçirilən Vimbldon tennis turnirinin 11-ci günündə qadınların yarışlarında yarımfinal görüşləri baş tutub. Tek qadınlar kateqoriyasında dünya reytinqinin lideri Arina Sabalenka ilə 12-ci pillədə qərarlaşan Anisimova üz-üzə gəlib.

23 yaşlı ABŞ təmsilçisi Anisimova, rəqibi Belaruslu idmançı Sabalenkanı gərgin mübarizədə 2-1 hesabı ilə (6-4, 4-6, 6-4) məğlub edərək finala vəsiqə qazanıb.

Finalda qarşılaşacaq idmançılar bəlli oldu

Günün digər yarımfinalında dünya dördüncüsü İqa Şvyontek (Swiatek) və dünya reytinqinin 35-ci pilləsində yer alan Belinda Bençiç (Bencic) qarşılaşıb. Polşalı raket ustası Şvyontek isveçrəli rəqibini 2-0 (6-2, 6-0) hesabı ilə üstələyərək finalda Anisimovanın rəqibi olub.

Bu kateqoriyanın çempionu iyulun 12-si, şənbə günü müəyyənləşəcək.

24 saat