Gündəm 25.06.2025

Vulkana düşən qadın həlak oldu

<
Vulkana düşən qadın həlak oldu
Braziliyalı turist Juliana Marinsin vulkanik bir dağda piyada gəzinti zamanı 500 metr yüksəklikdən yıxıldıqdan sonra beş gün ac və susuz həyat uğrunda mübarizə apardığı bildirildi. Təəssüf ki, bu mübarizə kədərli sonluqla bitdi. Lombok adasındakı Rinjani Dağında məhsur qaldıqdan sonra günlər çəkən axtarış-xilasetmə işləri nəticəsində Marinsin cansız bədəninə çatıldı. Axtarış qrupları çətin hava şəraiti və sərt relyef səbəbindən günlərlə ona çata bilmədilər. İlk düşdüyü zaman dostlarına yardım çağırmaq üçün qışqıran Marins, qəzadan sonra günlərlə həyata tutunmağa nail olmuşdu.

Axtarış-xilasetmə İşləri və Nəticəsi

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Muhammed Siyafi, olumsuz hava şəraiti səbəbindən xilasetmə qruplarının Juliana Marinsin bədənini yalnız bu səhər çıxara bildiklərini qeyd etdi. Siyafi, “Bir xilasetmə əməkdaşı 600 metr dərinliyə enərək Marinsə çatdı. Aparılan yoxlamada həyat əlaməti olmadığı təsdiqləndi” deyə bildirdi. Bu faciə, ekstremal şəraitdə aparılan axtarış-xilasetmə əməliyyatlarının nə qədər çətin olduğunu bir daha sübut etdi.

Hər Kəs Yasa Qərq Oldu

Braziliya Xarici İşlər Nazirliyi verdiyi açıqlamada, “Braziliyalı turist Juliana Marinsin Rinjani Dağı kraterinin yaxınlığındakı cığır boyunca uzanan bir uçurumdan düşərək həyatını itirməsindən dərin kədər duyuruq” ifadələrini istifadə etdi. Braziliya prezidenti Luiz İnasiyo Lula da Silva da xəbərdən böyük üzüntü yaşadığını bildirdi. Prezident Lula sosial media platforması X üzərindən etdiyi paylaşımda, “İndoneziyadakı konsulluq xidmətlərimiz, bu ağrılı dövrdə Marinsin ailəsinə tam dəstək verməyə davam edəcək” dedi. Marinsin ailəsi adından axtarış prosesini izləyən və məlumat paylaşan bir İnstaqram hesabı da gənc qadının dünyasını dəyişdiyini elan etdi. Həmin hesabda, “Xilasetmə qrupu bu gün Juliana Marinsin yerinə çatdı. Böyük təəssüflə bildiririk ki, o, həyatda deyildi” deyə qeyd edildi və dəstək mesajları, dualar üçün təqibçilərə təşəkkür edildi. Lombok adasında baş verən bu hadisə həm yerli, həm də beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurdu. Juliana Marins öz İnstaqram hesabında Tayland və Vyetnamdakı səyahətlərindən sonra İndoneziyaya çatdığını paylaşmışdı.

24 saat